Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Onun deputatlığa namizədliyi ləğv edildi

SON DƏQİQƏ! Onun deputatlığa namizədliyi ləğv edildi

SİYASƏT

4962

07.02.2020, 16:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Məzahir Şahvələdovun ikili vətəndaşlığı olması ilə bağlı dairə seçki komissiyasının sədrinin müraciətinnə baxıılıb.

Oxu24.com -un   məlumatına görə bu barədə MSK-nın bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova bildirib.

A. Muxtarova deyib ki, DSK sədrinin müraciətindən sonra MSK müraciəti araşdırıb:

 

“Dövlət orqanlarına verilən sorğu əsasında məlum olub ki, həmin şəxsin həqiqətən Rusiya vətəndaşlığı da var”.

 

 

MSK məsələni müzakirə edib və Şahvələdov Məzahirin namizədliyini ləğv edib.

Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

Günün  təklif  olunan  videosu: