Nazir müavini vəzifəsindən azad edildi
27 Yanvar 2026, 18:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
905
10.01.2020, 15:50
Azərbaycanın işğal olunmuş rayonlarının əksəriyyətinin icra strukturları var. Bu strukturlar ölkəmizin digər rayonlarında, qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə fəaliyyətini davam etdirirlər.
Yeganə Xankəndi şəhəridir ki, bu şəhərin icra strukturları ölkəmizdə fəaliyyət göstərmir. Halbuki Xankəndi sakinləri Bakı ilə bərabər Azərbaycanın 38 rayonunda məcburi köçkün həyatı yaşayırlar.
Bu barədə Modern.az-a danışan "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib ki, digər işğal olunmuş rayonların sakinlərinin mütləq əksəriyyəti azərbaycanlılardır. Ona görə, həmin rayonların idarə və təşkilatları demək olar ki, olduğu kimi qalıblar:
"Onların rəhbərləri də öz yerindədir. Bunu Xankəndinə aid etmək olmaz. Təbii ki, Xankəndinin bir hissəsində azərbaycanlılar yaşayırdı. Amma orada ermənilər də məskunlaşdırılmışdı. Təəssüf ki, süni artım nəticəsində oradakı əhalinin mütləq əksəriyyəti ermənilər idi. İcra dairələrində çalışanların da bir hissəsi Azərbaycanda, bir hissəsi Xankəndidədir. Ona görə, Xankəndi icra strukturlarının yaradılması o qədər də məsqədəuyğun hesab olunmur”.
Ə.Nuriyev xankəndililərin Azərbaycanın digər rayonlarında pərakəndə məskunlaşmasının da məsələyə təsiri olduğunu söyləyib:
Həmçinin oxuyun
"Bizdən fərqli olaraq ermənilər Xankəndini Stepanakert adı ilə dünyaya təqdim edirlər. Ola bilsin, buna səbəb Xankəndinin icra strukturunun olmamasıdır. Hazırda Azərbaycanın müxtəlif bölgələrində Xankəndidən olan məcburi köçkünlər yaşayır. Hesab edirəm ki, Xankəndi icra strukturu yaradılmalıdır ki, bu məsələlər kompleks həllini tapa bilsin”.
01:01 / 28 Yanvar 2026
1
00:26 / 28 Yanvar 2026
35
00:16 / 28 Yanvar 2026
35
23:50 / 27 Yanvar 2026
298
23:49 / 27 Yanvar 2026
121
23:34 / 27 Yanvar 2026
142
23:19 / 27 Yanvar 2026
56
23:05 / 27 Yanvar 2026
122
23:00 / 27 Yanvar 2026
85
23:00 / 27 Yanvar 2026
121
22:35 / 27 Yanvar 2026
45
22:30 / 27 Yanvar 2026
114
22:15 / 27 Yanvar 2026
159
22:08 / 27 Yanvar 2026
588
21:54 / 27 Yanvar 2026
98
21:48 / 27 Yanvar 2026
61
21:30 / 27 Yanvar 2026
132
21:18 / 27 Yanvar 2026
2539
21:10 / 27 Yanvar 2026
112
20:57 / 27 Yanvar 2026
76
20:49 / 27 Yanvar 2026
136
20:48 / 27 Yanvar 2026
90
20:44 / 27 Yanvar 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.