Prezidentin bu sərəncamının icrasına BAŞLANILDI
05 Noyabr 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
56
06.11.2026, 15:13
2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır!8 Noyabr — Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur.
Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Oxu24.com-a açıqlamasında bildirib.
Ceyhun Məmmədovun sözlərinə görə, Noyabrın 8-nin ölkəmizdə hər il Zəfər Günü kimi qeyd olunması Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.
Millət vəkili əlavə edib ki, Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Fəxarət rəmzimiz, üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı.Bunun ardınca, 2023-cü ilin sentyabr ayında həyata keçirilən uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəran şəhərlərində üçrəngli bayrağımız ucaldıldı.Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə mühüm layihələrin icrası Prezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir.İnfrastruktur və Nəqliyyat: Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları inşa edilərək istifadəyə verilmişdir. Geniş avtomobil magistralları, "Zəfər yolları", tunellər və dəmir yolu xətləri çəkilir.
Onun sözlərinə görə, "Böyük Qayıdış" Proqramı çərçivəsində Laçın, Şuşa, Füzuli, Cəbrayıl şəhərlərinə, həmçinin Talış, Suqovuşan, Ağalı, Zabux və Müşkülbəyli kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilmiş, müasir "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları həyata keçirilmişdir.Erməni vandallığı nəticəsində dağıdılmış yüzlərlə məscidimiz, tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız dövlət səviyyəsində əsl memarlıq üslubuna uyğun olaraq bərpa edilir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa edilməkdədir.Azərbaycanın quruculuq missiyası sürətlə davam edir. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara həyat qayıdır.Qarşıda isə bizi hələ bir çox mühüm vəzifələr gözləyir: Qarabağın və Şərqi Zəngəzurun təhlükəsiz yaşayış məkanına çevrilməsi, dayanıqlı iqtisadi inteqrasiya, "Yaşıl enerji" zonasının yaradılması və ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması.
Ceyhun Məmmədov qeyd edib ki, Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır.Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə qalib dövlət və xalq kimi tarixə düşdük. Yaşasın müzəffər Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
15:32 / 06 Noyabr 2026
23
15:21 / 06 Noyabr 2026
45
15:14 / 06 Noyabr 2026
51
15:05 / 06 Noyabr 2026
55
15:00 / 06 Noyabr 2026
363
14:58 / 06 Noyabr 2026
96
14:50 / 06 Noyabr 2026
59
14:43 / 06 Noyabr 2026
54
14:37 / 06 Noyabr 2026
85
14:30 / 06 Noyabr 2026
73
14:23 / 06 Noyabr 2026
80
14:13 / 06 Noyabr 2026
72
14:08 / 06 Noyabr 2026
79
13:57 / 06 Noyabr 2026
69
13:53 / 06 Noyabr 2026
110
13:46 / 06 Noyabr 2026
110
13:44 / 06 Noyabr 2026
556
13:39 / 06 Noyabr 2026
349
13:33 / 06 Noyabr 2026
85
13:28 / 06 Noyabr 2026
198
13:28 / 06 Noyabr 2026
92
13:21 / 06 Noyabr 2026
113
13:14 / 06 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.