Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoq konsepsiyası - ŞƏRH
06 Noyabr 2026, 14:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
51
06.11.2026, 14:08
Məktəblər, məktəbəqədər təhsil müəssisələri adambaşına maliyyələşmə mexanizminə keçəcək.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu, kifayət qədər uğurlu mexanizmdir: “Təhsil xərclərinin tərkibində ümumi təhsil üzrə xərclərin azalmasının səbəbi adambaşına maliyyələşmə mexanizminə keçidlə bağlıdır. Biz artıq bir neçə ildir ki, ali təhsildə adambaşına maliyyələşmə mexanizmini uğurla tətbiq edirik. Yəni vəsait ali təhsil müəssisələrinin saxlanma xərclərinə görə deyil, hər bir tələbəyə görə ödənilir. Bu mexanizmin uğurunu nəzərə alaraq hökumət tərəfindən qərar qəbul edilib ki, tədricən, addım-addım ümumi təhsildə də bu mexanizmin tətbiqinə başlanılsın. Ona görə də cari ildə müəyyən sayda məktəbimiz, gələn ildən isə daha geniş miqyasda məktəblərimizin bir qismi adambaşına maliyyələşmə mexanizminə keçirilir. Büdcədən istifadədə adambaşına maliyyələşmə üzrə xərclər təhsil bölməsində deyil, digər adambaşına maliyyələşmə bölməsində əks olunur. Ona görə də heç bir azalma yoxdur.
Adambaşına maliyyələşmə kifayət qədər uğurlu mexanizmdir və bundan sonra ümumi təhsil sahəsində də bu mexanizmi mərhələli şəkildə tətbiq edəcəyik. İlkin təhsil pillələrində, eləcə də məktəbəqədər təhsildə adambaşına maliyyələşmə mexanizmindən istifadəni artıracaq və genişləndirəcəyik. Təhsil sahəsinə daimi dəstək hökumətin diqqət mərkəzində olacaq. Tədricən ümumi və məktəbəqədər təhsildə də adambaşına maliyyələşməyə keçəcək və bu mexanizmi genişləndirəcəyik”.
14:23 / 06 Noyabr 2026
8
14:13 / 06 Noyabr 2026
27
13:57 / 06 Noyabr 2026
49
13:53 / 06 Noyabr 2026
78
13:46 / 06 Noyabr 2026
82
13:44 / 06 Noyabr 2026
329
13:39 / 06 Noyabr 2026
137
13:33 / 06 Noyabr 2026
68
13:28 / 06 Noyabr 2026
135
13:28 / 06 Noyabr 2026
73
13:21 / 06 Noyabr 2026
80
13:14 / 06 Noyabr 2026
101
13:10 / 06 Noyabr 2026
81
13:04 / 06 Noyabr 2026
150
12:56 / 06 Noyabr 2026
85
12:53 / 06 Noyabr 2026
98
12:30 / 06 Noyabr 2026
432
12:28 / 06 Noyabr 2026
102
12:24 / 06 Noyabr 2026
104
12:15 / 06 Noyabr 2026
107
11:59 / 06 Noyabr 2026
101
11:57 / 06 Noyabr 2026
107
11:48 / 06 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.