Qaynar xətt:

(+99450) 247 90 86

Prezident onu vəzifəsindən bu səbəbdən qovubmuş  

Prezident onu vəzifəsindən bu səbəbdən qovubmuş  

SİYASƏT

78

22.10.2026, 20:07

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən azad olunub.

Oxu24.com  Xitab24.az-a istinadla xəbər verir ki, adıçəkilən məmurun işdən çıxarılmasına başlıca səbəb sahibkarların çoxsaylı şikayətləri olub.

Bundan başqa, bir müddətdir Xankəndidə aparılan yoxlamaların nəticəsi də ürəkaçan olmayıb. Bu isə Elçin Yusubovun sözügedən vəzifədən uzaqlaşdırılması ilə nəticələnib.

Elçin Yusubovun xüsusən də Xankəndidə öz çevrəsinə yaxın olan adamlara geniş imkanlar yaratdığı bildirilir.

Qeyd edək ki, Elçin Yusubov 2024-cü il martın 7-də Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdi.