Sahil Babayev qeyri-rəsmi formada GÖRÜNTÜLƏNDİ -FOTO
11 Noyabr 2026, 23:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
250
22.10.2026, 20:40
Azərbaycanda avtomobillərin dövlət qeydiyyatına alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının verilməsi, eləcə də nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi zamanı yol hərəkəti qaydalarının pozulması ilə bağlı bəzi sənədlərin şəxslərə çatdırılması təmin ediləcək.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq qərar imzalayıb.
Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, yeni qərara əsasən, yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta işləri üzrə sənədlərin poçt göndərişi, vəzifəli şəxs tərəfindən şəxsən, sms vasitəsilə rəsmi çatdırılması mümkün olmadıqda həmin sənədlərin yuxarıda qeyd olunan prosedurlar zamanı çatdırılması təmin edilməlidir.
Elektron kabinetdə şəxsin mobil telefon nömrəsi olduqda, inzibati xəta haqqında elektron qərar həmin nömrəyə SMS bildiriş çatdırıldığı vaxt rəsmi təqdim edilmiş hesab olunacaq.
Mobil telefon nömrəsi olmadıqda isə şəxs elektron kabinetində yerləşdirilən sənədlərə və onların əlavələrinə baxdığı vaxt sənədlər rəsmi təqdim edilmiş sayılacaq.
Bu qayda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilməyəcək.
Qeyd edək ki, bu xüsusda avtomobil dedikdə texnoloji nəqliyyаt vаsitələri və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələri (qоşqulаrı) nəzərdə tutulur.
23:28 / 11 Noyabr 2026
37
23:24 / 11 Noyabr 2026
37
23:18 / 11 Noyabr 2026
50
23:09 / 11 Noyabr 2026
67
23:03 / 11 Noyabr 2026
54
23:01 / 11 Noyabr 2026
91
22:55 / 11 Noyabr 2026
72
22:38 / 11 Noyabr 2026
127
22:31 / 11 Noyabr 2026
91
22:26 / 11 Noyabr 2026
6029
22:22 / 11 Noyabr 2026
99
22:20 / 11 Noyabr 2026
94
22:15 / 11 Noyabr 2026
1048
22:11 / 11 Noyabr 2026
88
22:07 / 11 Noyabr 2026
100
22:06 / 11 Noyabr 2026
94
21:59 / 11 Noyabr 2026
141
21:45 / 11 Noyabr 2026
99
21:14 / 11 Noyabr 2026
917
21:08 / 11 Noyabr 2026
499
21:05 / 11 Noyabr 2026
127
20:58 / 11 Noyabr 2026
137
20:49 / 11 Noyabr 2026
635
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.