Artım 2%-ə qədər olub - RƏSMİ
11 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
305
22.10.2026, 18:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi qaydalarına aydınlıq gətirib.
DSMF-dən Oxu24.com-a verilən xəbərə görə, əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyalarına münasibətdə əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur.
Bildirilib ki, 5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verərsə, əlilliyə görə əmək pensiyası ümumi əsaslarla təyin edilir. Həmçinin əlilliyə görə əvvəllər təyin edilmiş əmək pensiyasının başqa səbəblər nəticəsində bərpası müddətlə məhdudlaşdırılmır.
Əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və yenidən təyin edilməsi elektron qaydada, bu mümkün olmadıqda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Fondu aidiyyəti struktur bölmələri və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST” mərkəzləri tərəfindən vətəndaşın xidmət yerinə şəxsən və ya nümayəndəsi zəruri sənədlərlə gəlməklə xidmət həyata keçirilir.
“Bu xidmətin istifadəçiləri - Azərbaycan Respublikası vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.
Əvvəllər təyin edilmiş əmək pensiyasının bərpa olunması və yenidən təyin edilməsi ilə bağlı müraciətlərə qanunvericiliyə uyğun olaraq baxılmaqla müvafiq qərar qəbul edilir. Belə ki, əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə əlilliyə görə əmək pensiyası bərpa olunur.
5 ildən artıq müddət keçdikdən sonra yenidən əlillik baş verdikdə isə şəxsin əlilliyə görə əmək pensiyası hüququna yenidən baxılır, bu halda şəxsin əlilliyə görə pensiya hüquq yarandığı halda yenidən əmək pensiyası təyin edilir. Əmək pensiyası hüquq yaranmadığı halda isə pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul edilir və bu barədə müraciətdə qeyd olunmuş əlaqə vasitələrindən birinə müvafiq qaydada məlumat göndərilir”, - DSMF-nin məlumatında deyilir.
23:01 / 11 Noyabr 2026
9
22:55 / 11 Noyabr 2026
30
22:38 / 11 Noyabr 2026
78
22:31 / 11 Noyabr 2026
62
22:26 / 11 Noyabr 2026
5991
22:22 / 11 Noyabr 2026
67
22:20 / 11 Noyabr 2026
65
22:15 / 11 Noyabr 2026
759
22:11 / 11 Noyabr 2026
79
22:07 / 11 Noyabr 2026
88
22:06 / 11 Noyabr 2026
86
21:59 / 11 Noyabr 2026
125
21:45 / 11 Noyabr 2026
89
21:14 / 11 Noyabr 2026
748
21:08 / 11 Noyabr 2026
423
21:05 / 11 Noyabr 2026
116
20:58 / 11 Noyabr 2026
126
20:49 / 11 Noyabr 2026
601
20:47 / 11 Noyabr 2026
110
20:28 / 11 Noyabr 2026
113
20:22 / 11 Noyabr 2026
131
20:19 / 11 Noyabr 2026
113
20:08 / 11 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.