Kəlbəcərdə ayılar kəndə hücum etdilər: Təsərrüfata ciddi ziyan dəydi - Video
11 Noyabr 2026, 23:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
229
22.10.2026, 19:31
Düz oturmağın insanın emosional vəziyyətinə və qərarvermə qabiliyyətinə müsbət təsir etdiyi müəyyənləşib.
Oxu24.com xəbər verir ki, Kanadanın Makqil Universitetinin alimləri bədən duruşu ilə insanın psixoloji vəziyyəti arasındakı əlaqəni araşdırıblar.
Təxminən 200 nəfərin iştirak etdiyi tədqiqatda könüllülərə necə oturmalı olduqları barədə göstəriş verilməyib. Sadəcə masaların və planşetlərin hündürlüyü dəyişdirilərək iştirakçıların bir hissəsinin fərqində olmadan düz, digər hissəsinin isə önə əyilərək oturması təmin edilib.
Daha sonra iştirakçılar risk və mükafat balansını ölçən virtual oyunda sınaqdan keçirilib. Nəticədə düz oturanların daha çox risk götürərək daha yüksək qazanc əldə etdiyi məlum olub. Alimlər bunu onların daha effektiv risk analizi aparması ilə əlaqələndiriblər.
Bundan başqa, düz oturan iştirakçılarda qürur, özünəinam və pozitiv emosiyaların səviyyəsinin də daha yüksək olduğu müəyyən edilib.
Tədqiqatçılar hesab edirlər ki, masa və monitorun düzgün yerləşdirilməsi, eləcə də ekranın göz səviyyəsində olması gündəlik həyatda həm əhval-ruhiyyəyə, həm də qərarverməyə müsbət təsir göstərə bilər.
“Beləliklə, bu kəşf sübut edir ki, bədənimiz və zehnimiz bir-biri ilə sıx bağlıdır. İş rejimində və ya vacib qərarlar ərəfəsində sadəcə oturuş mövqeyini düzəltmək, zehni performansı artırmağın ən asan və effektiv yoludur”, - nəşr yazır.Yeniavaz.com
23:28 / 11 Noyabr 2026
29
23:24 / 11 Noyabr 2026
28
23:18 / 11 Noyabr 2026
44
23:09 / 11 Noyabr 2026
60
23:03 / 11 Noyabr 2026
49
23:01 / 11 Noyabr 2026
87
22:55 / 11 Noyabr 2026
71
22:38 / 11 Noyabr 2026
124
22:31 / 11 Noyabr 2026
87
22:26 / 11 Noyabr 2026
6023
22:22 / 11 Noyabr 2026
97
22:20 / 11 Noyabr 2026
90
22:15 / 11 Noyabr 2026
1009
22:11 / 11 Noyabr 2026
87
22:07 / 11 Noyabr 2026
98
22:06 / 11 Noyabr 2026
93
21:59 / 11 Noyabr 2026
139
21:45 / 11 Noyabr 2026
96
21:14 / 11 Noyabr 2026
892
21:08 / 11 Noyabr 2026
485
21:05 / 11 Noyabr 2026
125
20:58 / 11 Noyabr 2026
136
20:49 / 11 Noyabr 2026
630
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.