98 il yaşayan azərbaycanlı general - Maraqlı faktlar
11 Noyabr 2026, 21:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
261
22.10.2026, 18:20
Hazırda bütün dünyada yeniyetmə texnologiyaları sürətlə inkişaf edir. Bu inkişafın göstəricilərindən biri də sosial şəbəkələrin mövcudluğudur. Sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. Sosial şəbəkələrin faydası çox olsa da, problemli məqamlar da istisna deyil.
Oxu24.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu bir dövrdə, xüsusilə uşaqların ondan nəzarətsiz istifadə etməsinin qarşısı alınmalıdır:
"Yəni internet resursları, müasir texnologiyalar müsbət cəhətləri ilə yanaşı, insanların davranışlarına, düşüncəsinə, xüsusilə, uşaqların sosial-psixoloji inkişafına ziyan vura bilir. İnternet resurslarında etikaya, əxlaqa zidd paylaşımlar, yayımlanan bəzi filmlər, oyunlar uşaq və yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir. Belə hallar yeniyetmələri təhsildən yayındırır, onları başqa zərərli vərdişlərə aludə edir. Hətta bəzi hallarda onların aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur".
Deputat bildirib ki, mövcud vəziyyəti və beynəlxalq təcrübəni nəzərə alaraq Milli Məclis tərəfindən bu sahədə qanunvericilik təkmilləşdirilib:
"Belə ki, parlamentin ötən sessiyasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi qəbul olunub".
“Artıq qanunvericilikdən irəli gələrək müvafiq addımlar atılmaqdadır. Belə ki, məktəblilərin təhlükəsizliyini təmin etmək məqsədilə təhsil müəssisələrində birbaşa texniki məhdudiyyətlər tətbiq olunmağa başlayıb. Məktəblərdə Tiktok platformasına giriş məhdudlaşdırılıb. Bundan əlavə, terrorizm, narkotik vasitələrin təbliği və uşaqların psixologiyasına mənfi təsir göstərən 200-ə yaxın zərərli kontent tərkibli internet səhifəsi və görüntüyə məktəblərdə giriş qadağan edilib. Bu addımlar azyaşlıların kibertəhlükəsizliyini təmin etmək, onları sosial şəbəkələrin mənfi psixoloji təsirlərindən (asılılıq, ünsiyyət problemləri) qorumaq və diqqətlərini təhsilə yönəltmək məqsədi daşıyır. Belə qərarlar təqdirəlayiqdir” – deyə, Samir Vəliyev vurğulayıb.
21:08 / 11 Noyabr 2026
1
21:05 / 11 Noyabr 2026
13
20:58 / 11 Noyabr 2026
47
20:49 / 11 Noyabr 2026
291
20:47 / 11 Noyabr 2026
48
20:28 / 11 Noyabr 2026
62
20:22 / 11 Noyabr 2026
84
20:19 / 11 Noyabr 2026
66
20:08 / 11 Noyabr 2026
72
19:57 / 11 Noyabr 2026
381
19:49 / 11 Noyabr 2026
101
19:43 / 11 Noyabr 2026
88
19:33 / 11 Noyabr 2026
108
19:19 / 11 Noyabr 2026
163
19:07 / 11 Noyabr 2026
108
18:42 / 11 Noyabr 2026
456
18:39 / 11 Noyabr 2026
229
18:35 / 11 Noyabr 2026
181
18:30 / 11 Noyabr 2026
213
18:29 / 11 Noyabr 2026
242
18:23 / 11 Noyabr 2026
144
18:17 / 11 Noyabr 2026
233
18:13 / 11 Noyabr 2026
187
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.