Moskva ilə İrəvanın ikili oyunu: siyasətdə qarşı-qarşıya, iqtisadiyyatda isə tərəfdaş
16 Oktyabr 2026, 19:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
84
16.10.2026, 18:42
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin orta güc olaraq beynəlxalq miqyasda nüfuzu davamlı olaraq artmaqdadır. Məhz bunun nəticəsidir ki, son illər dünyanın aparıcı dövlətləri və regiondakı dost ölkələrlə strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluğa dair sənədlər imzalanmış və daha geniş coğrafiyada diplomatik münasibətlərimizin inkişafı üçün zəruri addımlar atılmaqdadır.
Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Oxu24.com-a açıqlamasında bildirib.
Deputat bildirib ki, təkcə son 3-4 ayda Azərbaycanın beynəlxalq fəaliyyətinə diqqət yetirsək, Avrasiya məkanında beynəlxalq təşkilatlar və dövlətlərlə ali səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə ölkəmizin mötəbər və vacib tədbirlərə ev sahibliyi etməsi bunu bir daha təsdiq edir. 15 oktyabr tarixdə Bakıda keçirilən və dünya əhalisinin təxminən yarısını, Asiyanın geniş coğrafiyasını təmsil və əhatə edən AQEM-in 7-ci Zirvə görüşündə bir sıra dövlət başçılarının səsləndirdiyi fikirlər və sədrliyimizin yekdilliklə 2028-ci ilədək uzadılması ilə bağlı qərar qəbul edilməsi liderimiz cənab İlham Əliyevə və dövlətimizə yüksək inam və etimadı nümayiş etdirir.Sammitdə xüsusilə iki məqam diqqət çəkdi: Laos Xalq Demokratik Respublikasının üzvlüyü ilə AQEM-in tərkibi genişləndi, Azərbaycanın sədrliyi daha iki il - 2028-ci ilədək uzadıldı.
Zaur Şükürovun sözlərinə görə, qeyd edilməlidir ki, AQEM-in yaradılması ilə bağlı təşəbbüs 1992-ci il oktyabrın 5-də BMT Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Belə ki, soyuq müharibənin bitməsindən sonra Asiyada ATƏT-ə bənzər, lakin qitənin reallıqlarına uyğunlaşdırılmış ümumi təhlükəsizlik və etimad platformasına ehtiyac yaranmışdı. Qitədə çoxsaylı ikitərəfli ziddiyyətlərin, fərqli siyasi sistemlərin mövcudluğu, eyni zamanda regional təhlükəsizlik arxitekturasının olmaması belə bir platformanın təsis edilməsini gündəmə gətirmişdir.AQEM Asiyanın təxminən 90 faizini ərazi və 55-60 faizini əhali baxımından əhatə edən 28 üzv dövləti birləşdirirdi. Laosun qoşulması ilə üzvlərin sayı 29-a çatır. Platformada Azərbaycanla yanaşı, Çin, Hindistan, Rusiya, Pakistan, İran, Türkiyə, Cənubi Koreya, Vyetnam, Körfəz ölkələri, Mərkəzi Asiya dövlətləri təmsil olunur.AQEM ölkələrinin birgə ÜDM-i təxmini hesablamalara görə dünya iqtisadiyyatının üçdə birindən çoxunu təşkil edir. Burada dünyanın ikinci və dördüncü böyük iqtisadiyyatları (Çin, Hindistan) ilə yanaşı, enerji ixrac edən Körfəz ölkələri, Rusiya və Qazaxıstan, texnoloji güc olan Cənubi Koreya və sürətlə böyüyən Cənub-Şərqi Asiya iqtisadiyyatları yer alır. Qlobal enerji ehtiyatlarının və nəqliyyat-logistika marşrutlarının böyük hissəsi də məhz bu məkandadır.
Millət vəkili vurğulayıb ki, üzvlər arasında BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü (Çin və Rusiya) var. AQEM-də G20 üzvləri, İƏT və Qoşulmama Hərəkatının əsas ölkələri təmsil olunub. Bu isə, AQEM-ə Şərq–Qərb və Şimal–Cənub oxunda vacib əməkdaşlıq platforması olduğunu deməyə əsas verir.AQEM-in əhəmiyyətli xüsusiyyətlərindən biri qitədəki ayrı-ayrı blokların, məsələn ŞƏT-in, ASEAN-ın, Körfəz Əməkdaşlıq Şurasında iştirak edən dövlətlərin bir “masa” ətrafında toplanmasıdır. Prezident cənab İlham Əliyev AQEM Zirvə görüşündə çıxışı zamanı bir sıra vacib məqamlara diqqət çəkdi. Münaqişələrin davam etdiyi və ciddi təhlükəsizlik çağırışlarının mövcud olduğu hazırkı dönəmdə, Prezidentimizin fikirləri xüsusilə əhəmiyyət kəsb edir. Azərbaycanın xarici siyasətinin bərabərhüquqluluğa, daxili işlərə qarışmamağa, suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslandığını vurğulayan ölkə başçısı, dövlətlərarası münaqişələrin həllində ikili standartlara və seçici yanaşmaların yolverilməz olduğunu qeyd etmiş və torpaqlarımız işğal altında olduğu zamanda beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə diqqət çəkmişdir. Prezident İlham Əliyev bu məsələnin qlobal əhəmiyyət daşıdığını bildirərək, BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələrin davam edəcəyini və yenilərinin meydana çıxacağını bildirmişdir.Azərbaycanın AQEM-də fəaliyyətinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki: “İki il ərzində sədrliyi müddətində ölkəmizin bu platformanın gücləndirilməsinə prioritet diqqət ayırdığını, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür, üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.
Z. Şükürov qeyd edib ki, Hazırda təsisatda transformasiya prosesi gedir və AQEM-in beynəlxalq təşkilata çevrilməsi, eyni zamanda müvafiq hüquqi bazanın formalaşdırılması istiqamətində səylər davam etdirilir. Azərbaycanın sədrliyinin 2028-ə qədər uzadılması bu prosesin səmərəliliyi və davamlılığı baxımından önəm kəsb edir. Həmçinin, beynəlxalq təşkilatlarda uğurlu fəaliyyəti, regional və qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etməsi, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi nəticəsində ölkəmizə inam və etimadın davamlı olaraq yüksəlməsi də, sədrliyimizin yekdilliklə dəstəklənməsinə səbəb olmuşdur. Bu xüsusda, 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyimizi, 2024-cü ildə COP29-a ev sahibliyimizi, 2025-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının və Türk Dövlətləri Təşkilatının zirvə görüşlərini, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını qeyd edə bilərik.İnanırıq ki, ölkəmizin davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət kursu çərçivəsində, digər beynəlxalq və regional təşkilat və platformalarda uğurlu fəaliyyəti AQEM-ə sədrliyimiz dönəmində də davam etdiriləcək və qarşıya qoyulan hədəflərə nail olacağıq.
19:50 / 16 Oktyabr 2026
3
19:38 / 16 Oktyabr 2026
21
19:34 / 16 Oktyabr 2026
32
19:26 / 16 Oktyabr 2026
45
19:25 / 16 Oktyabr 2026
50
19:15 / 16 Oktyabr 2026
34
19:12 / 16 Oktyabr 2026
112
19:09 / 16 Oktyabr 2026
60
19:05 / 16 Oktyabr 2026
52
19:00 / 16 Oktyabr 2026
81
18:59 / 16 Oktyabr 2026
59
18:55 / 16 Oktyabr 2026
79
18:51 / 16 Oktyabr 2026
159
18:49 / 16 Oktyabr 2026
59
18:48 / 16 Oktyabr 2026
111
18:42 / 16 Oktyabr 2026
62
18:38 / 16 Oktyabr 2026
68
18:37 / 16 Oktyabr 2026
291
18:36 / 16 Oktyabr 2026
63
18:33 / 16 Oktyabr 2026
60
18:33 / 16 Oktyabr 2026
91
18:27 / 16 Oktyabr 2026
76
18:09 / 16 Oktyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.