“Zirvə görüşündə Bakı Bəyannaməsinin qəbul olunması xüsusi yer tutur”
16 Oktyabr 2026, 19:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
48
16.10.2026, 19:05
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsi qəbul edilib. Qəbul edilən sənəddə Azərbaycanın bu quruma sədrliyi dövründə həyata keçirdiyi mühüm təşəbbüslər yüksək qiymətləndirilib.Eyni zamanda bəyannamədə beynəlxalq əməkdaşlıq, təhlükəsizlik və iqtisadi əlaqələrin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib. Sənəddə enerji və rəqəmsal bağlantıların gücləndirilməsi istiqamətində vacib müddəalar da öz əksini tapıb.Həmçinin süni intellektin cəmiyyətə təqdim etdiyi imkanlar və risklər, eləcə də elm, təhsil və innovasiya sahələrinin inkişafı diqqət mərkəzində olub. Bu mühüm zirvə görüşü ölkəmizin beynəlxalq miqyasda mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Regional əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi baxımından bu tədbirin nəticələri böyük strateji əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Oxu24.com- a danışan politoloq Oqtay Qasımov bildirib ki, Bakıda keçirilən AQEM-in zirvə toplantısı əhəmiyyətli bir toplantıdır, nəzərə alsaq ki, burada Asiya ölkələri iştirak edirlər və Çin daxil böyük qüvvələr burada təmsil olunurlar.
“Burada qəbul olunan bəyannamə məsələlər baxımından kifayət qədər ciddi əhəmiyyət daşıyır. Belə ki, hazırkı dövrümüzün ən vacib məsələləri burada öz əksini tapıb və tapmaqdadır. Və bu toplantının Azərbaycanın sədrliyi dövründə əldə etdiyi uğurlar əlbəttə ki, xüsusi qeyd olunur və Azərbaycanın beynəlxalq nüfuzuna müsbət təsir edir”.
Onun sözlərinə görə, Azərbaycanın sədrlik etdiyi müxtəlif təşkilatlarda səmərəli fəaliyyəti ilə diqqət çəkir, belə ki, həm Qoşulmama Hərəkatının sədrliyi dövründə, o cümlədən digər beynəlxalq platformalarda Azərbaycanın ev sahibliyi etdiyi, təşkilatçılıq etdiyi tədbirlər həmişə yüksək səviyyəsi ilə, təşkilatçılıq səviyyəsi ilə fərqlənir. Bu baxımdan qəbul olunmuş bəyannamənin həm beynəlxalq səviyyədə, həm də Azərbaycanın gücü baxımından hesab edirəm ki, müsbət amildir və Azərbaycanın nüfuzunun möhkəmlənməsi məsələsi üçün vacib bir faktor kimi qeyd edilə bilər”.
Mövzu ilə bağlı saytımıza açıqlama verən politoloq Rəşad Bayramov isə AQEM-in VII Zirvə Görüşü çərçivəsində Bakı Bəyannaməsinin qəbul edilməsinin Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, çoxtərəfli diplomatiyanın inkişafı və Asiya məkanında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Onun sözlərinə görə, sənədin əsas əhəmiyyəti ondan ibarətdir ki, burada təhlükəsizlik, iqtisadi inkişaf, enerji, nəqliyyat və rəqəmsal bağlantılar kimi aktual məsələlər üzrə üzv dövlətlərin ortaq yanaşmaları ifadə olunur:
“İlk növbədə, Azərbaycanın sədrliyi dövründə həyata keçirilən təşəbbüslərin Bəyannamədə yüksək qiymətləndirilməsi ölkəmizin beynəlxalq dialoqun təşviqinə verdiyi töhfənin göstəricisidir. Azərbaycan son illərdə müxtəlif beynəlxalq platformalarda əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsinə, regional problemlərin dialoq yolu ilə müzakirəsinə və iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir”.
Rəşad Bayramov qeyd edib ki, AQEM çərçivəsində sədrliyin daha iki il davam etdirilməsi ilə bağlı dəstək də ölkəmizin bu platformadakı fəaliyyətinin davamlılığı üçün əlavə imkanlar yaradır.
Bəyannamənin digər mühüm istiqamətindən bəhs edən politoloq vurğulayıb ki, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı da bu baxımdan vacibdir:
“Asiya ilə Avropa arasında yerləşən ölkəmiz beynəlxalq yükdaşımaların, enerji marşrutlarının və rəqəmsal bağlantıların genişləndirilməsində mühüm coğrafi mövqeyə malikdir. Bu baxımdan, AQEM üzvü olan dövlətlərlə əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin tranzit imkanlarının artırılmasına, yeni investisiyaların cəlbinə və iqtisadi tərəfdaşlıqların şaxələndirilməsinə şərait yarada bilər. Enerji təhlükəsizliyinə diqqət isə qlobal bazarlarda dəyişikliklərin baş verdiyi şəraitdə təchizatçı və istehlakçı ölkələr arasında əlaqələrin əhəmiyyətini artırır”.
“Sənəddə süni intellektin imkanları və riskləri, rəqəmsallaşma, elm, təhsil və innovasiyalara yer verilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu, beynəlxalq əməkdaşlığın artıq ənənəvi təhlükəsizlik və iqtisadi münasibətlərlə məhdudlaşmadığını göstərir. Yeni texnologiyaların tətbiqi, rəqəmsal infrastrukturun inkişafı və elmi biliklərin paylaşılması dövlətlərin rəqabət qabiliyyətinə birbaşa təsir göstərir. Azərbaycan üçün bu istiqamətlərdə əməkdaşlıq həm yeni texnologiyalara çıxış, həm də qeyri-neft sektorunun inkişafı baxımından əlavə perspektivlər açır”,- deyə Rəşad Bayramov bildirib.
Sonda politoloq əlavə edib ki, ümumilikdə Bakı Bəyannaməsi Azərbaycanın beynəlxalq tərəfdaşlıqlarını genişləndirmək, regional əməkdaşlıqda rolunu artırmaq və iqtisadi bağlantılardan daha səmərəli istifadə etmək üçün siyasi və diplomatik imkanlar yaradır.
Çimnaz Telmanqızı
19:26 / 16 Oktyabr 2026
15
19:25 / 16 Oktyabr 2026
27
19:15 / 16 Oktyabr 2026
27
19:12 / 16 Oktyabr 2026
58
19:09 / 16 Oktyabr 2026
41
19:00 / 16 Oktyabr 2026
73
18:59 / 16 Oktyabr 2026
49
18:55 / 16 Oktyabr 2026
70
18:51 / 16 Oktyabr 2026
146
18:49 / 16 Oktyabr 2026
57
18:48 / 16 Oktyabr 2026
92
18:42 / 16 Oktyabr 2026
56
18:42 / 16 Oktyabr 2026
76
18:38 / 16 Oktyabr 2026
65
18:37 / 16 Oktyabr 2026
249
18:36 / 16 Oktyabr 2026
59
18:33 / 16 Oktyabr 2026
57
18:33 / 16 Oktyabr 2026
84
18:27 / 16 Oktyabr 2026
73
18:09 / 16 Oktyabr 2026
76
18:01 / 16 Oktyabr 2026
66
17:33 / 16 Oktyabr 2026
72
17:17 / 16 Oktyabr 2026
1239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.