Nazirlər Kabineti qərarda DƏYİŞİKLİK ETDİ
16 Oktyabr 2026, 16:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
52
16.10.2026, 16:09
Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır. Ancaq görünür ki, iş qrafiklərinin dəyişdirilməsi də paytaxtda nəqliyyat sıxlığının qarşısını almaq üçün kifayət etmir.
Bəs ali təhsil müəssisələrində dərs saatlarının dəyişdirilməsi tıxacların azalmasına təsir edə bilərmi?
Oxu24.com xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Mehriban Vəliyeva mövzu ilə bağlı Oxu.Az-a danışıb.
Onun fikrincə, növbəti illərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə ali təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də dərs saatları dəyişdirilə bilər: “Ali təhsil müəssisələrində və ümumi təhsil məktəblərində iş qrafikinin və dərs saatlarının dəyişdirilməsi nəqliyyat sıxlığının azaldılması baxımından nəzərdən keçirilə biləcək məsələlərdəndir.
Təhsillə bağlı yeniliklər zəruri hesab olunarsa, onlar yalnız yeni tədris ili ərəfəsində planlaşdırılmalı, əvvəlcədən elan edilməli və bütün tərəflərin hazırlığı təmin olunmaqla həyata keçirilməlidir.
Bununla yanaşı, belə bir addımın nəqliyyat sıxlığının azaldılmasına nə dərəcədə təsir göstərə biləcəyini, əlbəttə ki, nəqliyyat sahəsinin mütəxəssisləri qiymətləndirməlidirlər”.
Deputat tətbiq oluna biləcək yeni dərs saatlarını da təklif edib: “Məsələn, ibtidai siniflərdə dərslərin səhər saat 08:00-09:00 əvəzinə 10:00-11:00 aralığında başlaması və ya tam orta təhsil səviyyəsində dərs qrafikinin fərqli şəkildə təşkili mümkün variantlar kimi müzakirə oluna bilər. Bu zaman məktəblərin xüsusiyyətləri, şagirdlərin yaş qrupları, valideynlərin iş qrafiki və tədris prosesinin tələbləri nəzərə alınmalıdır. Müvafiq qaydalar çərçivəsində məktəblər pedaqoji şuraların qərarları əsasında öz imkanlarına uyğun iş rejimlərini müəyyənləşdirə bilərlər.
Ali təhsil müəssisələrində də dərs cədvəllərinin mərhələli şəkildə fərqli saatlara bölünməsi, tədrisin başlanma və bitmə vaxtlarının müəyyən qədər dəyişdirilməsi variantlarından istifadə etmək olar. Bu yanaşma nəqliyyat vasitələrinin hərəkətində yaranan pik saatlardakı sıxlığın müəyyən qədər azalmasına kömək edə bilər. Lakin təklif olunan mexanizmlərin səmərəliliyi nəqliyyat mütəxəssisləri ilə birgə araşdırılmalı, qərarlar real vəziyyətin təhlili əsasında qəbul edilməlidir”.
16:34 / 16 Oktyabr 2026
1
16:15 / 16 Oktyabr 2026
257
16:13 / 16 Oktyabr 2026
41
16:01 / 16 Oktyabr 2026
87
15:39 / 16 Oktyabr 2026
166
15:35 / 16 Oktyabr 2026
141
15:29 / 16 Oktyabr 2026
132
15:22 / 16 Oktyabr 2026
276
15:20 / 16 Oktyabr 2026
65
15:10 / 16 Oktyabr 2026
57
15:00 / 16 Oktyabr 2026
63
14:45 / 16 Oktyabr 2026
65
14:41 / 16 Oktyabr 2026
98
14:24 / 16 Oktyabr 2026
1705
14:22 / 16 Oktyabr 2026
106
14:17 / 16 Oktyabr 2026
95
14:11 / 16 Oktyabr 2026
550
14:06 / 16 Oktyabr 2026
90
14:05 / 16 Oktyabr 2026
95
14:04 / 16 Oktyabr 2026
75
13:45 / 16 Oktyabr 2026
111
13:22 / 16 Oktyabr 2026
92
13:18 / 16 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.