Ərdoğan Zelenskini qəbul edib
31 Oktyabr 2026, 19:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
11951
11.10.2026, 23:30
“Dövlət ümumi təhsil məktəblərində müəllimlərin işgüzar geyimi və şagirdlərin vahid məktəbli formasının tətbiq olunması qanunvericiliyimizin, hüququn və Konstitusiyanın tələblərinə uyğundur”.
Oxu24.com xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Musa Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda ümumtəhsil məktəblərində təhsil dünyəvi xarakter daşıyır və təhsilin həm mahiyyəti, həm də forması dünyəvilik prinsipinə uyğunlaşmalıdır.
Nazirlər Kabinetinin 325 nömrəli qərarını çox vacib və doğru qərar sayan M.Quliyev qeyd edib ki, burada əsas məsələ dünyəvilik prinsipinin qəbul olunmasıdır:
“Bu prinsip nəyi ehtiva edir? Birinci növbədə, ayrı-seçkiliyin olmaması, vahid yanaşmanın tətbiqi, təhsilverənlərin və təhsilalanların rahatlığının təmin edilməsidir. Bəzi hallarda görürük ki, sosial şəbəkələrdə, müəyyən kütləvi informasiya vasitələrində bu məsələni lüzumsuz müzakirə obyektinə çevirirlər. Guya bu, islam dininə, dini atributlara qarşıdır. Bunlarla bağlı heç bir müzakirənin yeri yoxdur. Məktəblinin məktəb geyimi, mədrəsənin, mollaxananın da mollaxana geyimi var. Yəni biz mollaxana, mədrəsə ilə məktəbi səhv salmamalıyıq”.
Dini atributların məktəbə gətirilməsi doğru deyil
Deputat vurğulayıb ki, Azərbaycan dünyəvi, hüquqi, demokratik dövlətdir:
“Azərbaycanda hər kəsin dini inanclarına hörmətlə yanaşılır. Eyni zamanda, dinin dövlətdən ayrı olması da bizim Konstitusiyamızda təsbit edilib. Bu mənada dini atributların məktəbə gətirilməsi doğru deyil. Bu, məktəbin, təhsilverənlərin və təhsilalanların dünyəvilik prinsipinin pozulmasına gətirib çıxarar. Buna görə də vahid geyimin tətbiq olunması birinci növbədə təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək, normalar da bizim milli-mənəvi dəyərlərə uyğun müəyyənləşəcək. Bu həm də təhsilin keyfiyyətinə öz təsirini göstərəcək. Burada başqa bir nüans axtarmaq, "bu, dinə qarşıdır, dini nüanslara qarşıdır", – demək düzgün deyil. Belə bir şey yoxdur və ola da bilməz. Belə müzakirələri mən yersiz və mənasız hesab edirəm. Azərbaycan hüquqi dövlətdir və qanunun aliliyi hər yerdə tətbiq olunur, burada da tətbiq edilməlidir”.
23:55 / 31 Oktyabr 2026
130
23:52 / 31 Oktyabr 2026
125
23:44 / 31 Oktyabr 2026
196
23:22 / 31 Oktyabr 2026
69
22:59 / 31 Oktyabr 2026
146
22:32 / 31 Oktyabr 2026
951
22:31 / 31 Oktyabr 2026
105
21:19 / 31 Oktyabr 2026
119
21:09 / 31 Oktyabr 2026
113
20:59 / 31 Oktyabr 2026
1101
20:51 / 31 Oktyabr 2026
190
20:46 / 31 Oktyabr 2026
107
20:37 / 31 Oktyabr 2026
106
20:33 / 31 Oktyabr 2026
152
20:25 / 31 Oktyabr 2026
92
19:58 / 31 Oktyabr 2026
316
19:44 / 31 Oktyabr 2026
103
19:37 / 31 Oktyabr 2026
94
19:29 / 31 Oktyabr 2026
766
19:28 / 31 Oktyabr 2026
189
19:26 / 31 Oktyabr 2026
228
19:20 / 31 Oktyabr 2026
102
19:20 / 31 Oktyabr 2026
1131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.