Türkiyədən Azərbaycanla bağlı rəsmi AÇIQLAMA
27 Sentyabr 2026, 11:04
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
33
27.09.2026, 11:44
27 sentyabr Azərbaycan xalqı üçün çox fəxarətli bir tarixdir. 6 il bundan əvvəl, həmin gün Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təxribatının qarşısında əks-hücuma keçdilər və 44 gün ərzində qarış-qarış işğal altında olan torpaqlarının əhəmiyyətli bir hissəsini işğaldan azad etdilər.
Bu sözləri Millət vəkili Aydın Mirzəzadə Oxu24.com saytına açıqlamasında bildirib
Millət vəkili bildirib ki, bəlkə də tarixdə yeganə bir döyüşlərdir ki, bir dəfə də olsun, azad etdiyimiz torpaqlarda erməni hərbçiləri yenidən yer ala bilmədilər.
“Ciddi hazırlıq, yüksək vətənpərvərlik və eyni zamanda torpaq üçün vuruş qələbəmizi yaxınlaşdırdı. Bir hissəsi döyüşlə, bir hissəsi isə diplomatiya ilə geri alındı. Ermənistan Azərbaycan ərazilərini tanıyan sənədə imza atmağa məcbur oldu. Həmçinin separatçıların nəzarəti altında olan ərazilərdən erməni silahlı qüvvələrinin çıxarılması tələb edildi. Buna əməl edilmədi. Həmin ərazilərdən Azərbaycan Silahlı Qüvvələrinə qarşı təxribatlar baş verirdi”, - deyə Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, Azərbaycan 19-20 sentyabrda antiterror əməliyyatı keçirərək tamamilə ərazi bütövlüyümüzü təmin etdi.
“Erməni silahlı qüvvələri ərazimizdən çıxmağa məcbur oldu. Bu bir tarixdir, bu şanlı bir tarixdir. Bu şanlı tarixi Ali Baş Komandanın apardığı siyasət, onun dövlət quruculuğu, ordu quruculuğu, həmçinin milli birlik yaratmaq üçün atdığı addımlar mümkün etdi. Bunu Azərbaycanın beynəlxalq birlikdə qazandığı siyasi dəstək mümkün etdi. Bu, Azərbaycan əsgərinin rəşadətidir. Şəhidlər torpaq üçün, müstəqilliyimiz üçün canlarından keçdilər. Onların əziz xatirəsi heç bir zaman yadımızdan çıxmayacaq. Qazilər, veteranlar bugün bizlər üçün ən əziz adamlardır”, - deyə millət vəkili əlavə edib.
Deputat vurğulayıb ki, 27 sentyabr həmişə hər bir Azərbaycan nəsli üçün rəşadətimizin və əzmimizin göstəricisi olacaq: “Bu, bir anım günüdür. Biz 30 il torpaqlarımızın bir hissəsinin işğal altında olduğunu anırıq. Biz on minlərlə şəhidimizin olmasını, Ermənistanın Azərbaycan torpaqlarının bütövlüyünü tanımaqdan imtina etməsini anırıq"
"Eyni zamanda biz anırıq ki, heç bir zaman bir qarış torpağımızı düşmənə verməyəcəyik. Biz müstəqilliyimizi, ərazi bütövlüyümüzü, suverenliyimizi həmişə qoruyacağıq. Dünya Azərbaycan nümunəsi gördü. Dünya diplomatiyanın həll edə bilmədiyi məsələnin, xalqın əzminin, liderin bacarığının həmin torpaqların sahiblənilməsinə imkan verdiyini bir daha ortaya qoydu”, - deyə Aydın Mirzəzadə qeyd edib.
Millət vəkili əlavə edib ki, torpaqların minadan təmizlənməsi, infrastrukturun yenidən qurulması istiqamətində mühüm işlər görülüb.
“40-a qədər yaşayış məntəqəsində bugün 100 minə qədər insan yaşayır. Sosial obyektlər tikilib, yeni iş yerləri yaradılıb və ən müasir layihələr həyata keçirilir. Görünən ondan ibarətdir ki, Azərbaycan xalqı müstəqilliyindən nə cür istifadə edir?” - deyə deputat bildirib.
Aydın Mirzəzadənin sözlərinə görə, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan onu sülh müqaviləsi üçün işləməyə məcbur etdi.
“Danışıqlar yolu ilə sülh müqaviləsi hazırlandı və paraflandı və Ermənistan öz konstitusiyasında Azərbaycan ərazi iddiasının maddəsini çıxartdıqdan sonra artıq sülh müqaviləsi imzalanacaq, sərhədlər açılacaq, diplomatik əlaqələr qurulacaq, gediş-gəliş olacaq, Ermənistanla normal qonşuluq münasibətləri olacaq.
Azərbaycan buna hazırdır və vaxtdaşır. Azərbaycan ərazisindən keçməklə Ermənistana yüklərin daşınması, Azərbaycanın Ermənistana yanacaq satması və beynəlxalq birlikdə müəyyən məsələlərdə bir-bir addımların atılması göstərir ki, biz yaxşı qonşular ola bilirik. Azərbaycan öz üzərinə düşən məsafəni keçib. Digər məsafəni isə Ermənistanın keçməsini gözləyir. Bu, iş növbədən əvvəl lazımdır”, - deyə millət vəkili qeyd edib.
Turan Etibaroğlu
11:52 / 27 Sentyabr 2026
1
11:35 / 27 Sentyabr 2026
195
11:30 / 27 Sentyabr 2026
34
11:28 / 27 Sentyabr 2026
33
11:04 / 27 Sentyabr 2026
343
11:00 / 27 Sentyabr 2026
90
11:00 / 27 Sentyabr 2026
45
10:50 / 27 Sentyabr 2026
135
10:40 / 27 Sentyabr 2026
48
10:37 / 27 Sentyabr 2026
58
10:33 / 27 Sentyabr 2026
110
10:30 / 27 Sentyabr 2026
51
10:16 / 27 Sentyabr 2026
55
10:10 / 27 Sentyabr 2026
63
10:00 / 27 Sentyabr 2026
50
09:50 / 27 Sentyabr 2026
64
09:49 / 27 Sentyabr 2026
54
09:46 / 27 Sentyabr 2026
422
09:31 / 27 Sentyabr 2026
53
09:19 / 27 Sentyabr 2026
67
09:14 / 27 Sentyabr 2026
94
09:09 / 27 Sentyabr 2026
60
08:36 / 27 Sentyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.