Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
07 Noyabr 2026, 14:18
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2199
27.09.2026, 01:36
İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı zalı tərk etməməsi ilə Türkiyə, İsrail və ərəb mediasında gündəmə gələn azərbaycanlı diplomatın kimliyi maraq doğurub.
Xatırladaq ki, Netanyahu çıxışına başlayarkən bir sıra müsəlman ölkələrin nümayəndə heyətləri zalı tərk etsə də, Azərbaycanın nümayəndəsi fərqli qərar verərək zalda qalmağı seçib.
Xüsusilə Türkiyə mediasında və sosial şəbəkələrin Türkiyə seqmentində qərəzli şəkildə hədəfə gətirilən diplomatımızla bağlı maraqlı faktları təqdim edir.
Kimdir, o?
Söhbət Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin I katibi Məqsəd Hüseynovdan gedir. Onun əsas fəaliyyət istiqamətləri beynəlxalq təhlükəsizlik, tərksilah və beynəlxalq hüquqdur.
Hüseynov BMT Baş Assambleyasının Birinci Komitəsində, Tərksilah Komissiyasında və digər beynəlxalq toplantılarda Azərbaycanı təmsil edib. Nüvə silahlarının yayılmaması, tərksilah və beynəlxalq təhlükəsizliklə bağlı müzakirələrdə ölkəmizin mövqeyini ifadə edib.
2024-cü ildə Azərbaycanın COP29 sədrliyi çərçivəsində keçirilən tədbirlərdə də iştirak edib. Onun adı iqlim dəyişmələri, karbon bazarları və Paris Sazişinin icrası ilə bağlı beynəlxalq sənədlərdə Azərbaycanın nümayəndəsi kimi yer alıb.
Madrid təcrübəsi
Hüseynov bundan əvvəl Azərbaycanın İspaniyadakı səfirliyində çalışıb. O, Madriddə əvvəlcə üçüncü, daha sonra ikinci katib vəzifəsini tutub. Diplomat bu vəzifədə siyasi və iqtisadi məsələlər üzrə fəaliyyət göstərib, Azərbaycanın İspaniyadakı rəsmi nümayəndə heyətlərinin görüşlərində iştirak edib.
Diplomat bu vəzifədə siyasi və iqtisadi məsələlər üzrə fəaliyyət göstərib, Azərbaycanın İspaniyadakı rəsmi nümayəndə heyətlərinin görüşlərində iştirak edib.
Təhsili və elmi fəaliyyəti
Məqsəd Hüseynovun Almaniyanın Vürzburq Universitetinin məzunudur. Onun beynəlxalq hüquqla bağlı “Beynəlxalq adət: anlayışı və xüsusiyyətləri” adlı elmi məqaləsi dərc olunub. Məqalədə beynəlxalq adətin hüququn mənbəyi kimi rolu və dövlət praktikası araşdırılıb.\\savashmedia
Həmçinin oxuyun
14:36 / 07 Noyabr 2026
1
14:18 / 07 Noyabr 2026
43
13:57 / 07 Noyabr 2026
227
13:41 / 07 Noyabr 2026
541
13:27 / 07 Noyabr 2026
196
13:12 / 07 Noyabr 2026
96
13:03 / 07 Noyabr 2026
348
12:49 / 07 Noyabr 2026
93
12:45 / 07 Noyabr 2026
106
12:45 / 07 Noyabr 2026
97
12:36 / 07 Noyabr 2026
291
12:23 / 07 Noyabr 2026
111
12:16 / 07 Noyabr 2026
655
11:58 / 07 Noyabr 2026
303
11:53 / 07 Noyabr 2026
455
11:45 / 07 Noyabr 2026
133
11:35 / 07 Noyabr 2026
132
11:21 / 07 Noyabr 2026
114
11:11 / 07 Noyabr 2026
560
11:08 / 07 Noyabr 2026
663
11:05 / 07 Noyabr 2026
165
10:55 / 07 Noyabr 2026
140
10:44 / 07 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.