Yaxın Şərqin taleyi NECƏ OLACAQ?
02 Noyabr 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
438
22.09.2026, 11:27
ƏMTQ sənədinə dair yeni öhdəlik müəyyənləşir.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ətraf mühitin mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Effektiv idarəetmə və makroiqtisadi göstəricilər" işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planında "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununa ƏMTQ (Ətraf mühitə təsirin qiymətləndirilməsi) hesabatlarının ictimaiyyətə açıqlanması ilə bağlı normaların daxil edilməsi üzrə müvafiq layihənin hazırlanması ayrıca tapşırıq kimi müəyyən edilib. Layihə məhz bu tapşırığın icrası, eləcə də TRİEİ (Təbii Resursların İdarə edilməsi İndeksi) göstəricisinin yüksəldilməsi məqsədi ilə hazırlanıb.
Layihənin hazırlanması Təbii Resursların İdarə Edilməsi İndeksinin "yerli təsirlərin idarə edilməsi" alt-komponenti üzrə Azərbaycanın göstəricilərinin yaxşılaşdırılması, hasilat sektorunda ətraf mühitə və sosial təsirlərə dair məlumatların açıqlığının artırılması zərurətindən irəli gəlir. Bu məsələ, həmçinin Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Effektiv idarəetmə və makroiqtisadi göstəricilər" işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planında ƏMTQ hesabatlarının ictimaiyyətə açıqlanmasına dair normaların hazırlanması barədə tapşırıqda öz əksini tapıb.
Layihəyə əsasən, "Ətraf mühitin mühafizəsi haqqında" qanunun 18-ci maddəsi yeni redaksiyada verilir. Ətraf mühitin istehsalat monitorinqinin ƏMTQ tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər tərəfindən aparılması, istifadə edilən ölçmə vasitələrinin qanunvericiliyə uyğunluğunun təmin edilməsi və monitorinq nəticələri barədə illik hesabatın növbəti ilin fevral ayının 1-dən gec olmayaraq aidiyyəti dövlət orqanına təqdim edilməsi müəyyən olunur. Qanunun 70-72-ci maddələrində terminoloji vahidliyin təmin edilməsi məqsədilə "müəssisə (istehsalat)" sözləri "istehsalat" sözü ilə əvəz edilir.
"Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Qanunun 12.1.4-cü maddəsinə təklif edilən dəyişikliklə sifarişçinin ƏMTQ sənədini aidiyyəti dövlət orqanının rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün həmin orqana təqdim etmək öhdəliyi təsbit edilir. Bununla ƏMTQ nəticələrinin ictimaiyyət üçün davamlı əlçatanlığı təmin olunur. ƏMTQ sənədinin dərc üçün təqdim edilməsi öhdəliyinin sifarişçiyə aid edilməsi sənəddə kommersiya sirri təşkil edə bilən məlumatların mövcudluğu nəzərə alınmaqla daha etibarlı hüquqi həll hesab edilib.
Layihə hazırlanarkən sahibkarlıq subyektlərinə düşən inzibati yükün mütənasibliyi nəzərə alınmış və istehsalat monitorinqi öhdəliyi ƏMTQ tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslərlə məhdudlaşdırılıb.
22:44 / 02 Noyabr 2026
10
22:27 / 02 Noyabr 2026
47
22:25 / 02 Noyabr 2026
51
22:22 / 02 Noyabr 2026
47
22:18 / 02 Noyabr 2026
54
22:09 / 02 Noyabr 2026
56
22:08 / 02 Noyabr 2026
66
22:06 / 02 Noyabr 2026
130
21:43 / 02 Noyabr 2026
1391
21:39 / 02 Noyabr 2026
101
21:38 / 02 Noyabr 2026
62
21:30 / 02 Noyabr 2026
83
21:30 / 02 Noyabr 2026
106
21:19 / 02 Noyabr 2026
81
21:13 / 02 Noyabr 2026
76
21:13 / 02 Noyabr 2026
95
21:06 / 02 Noyabr 2026
211
21:01 / 02 Noyabr 2026
97
21:00 / 02 Noyabr 2026
118
20:47 / 02 Noyabr 2026
97
20:36 / 02 Noyabr 2026
187
20:34 / 02 Noyabr 2026
133
20:26 / 02 Noyabr 2026
2070
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.