ABŞ-ın sanksiya siyasəti işə yaramır - Ulyanov
19 Sentyabr 2026, 19:48
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
81
19.09.2026, 19:20
Bir neçə gün öncə ölkəmiz Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində mühüm bir tədbirə - TDT təhlükəsizlik şuraları katiblərinin 5-ci iclasına ev sahibliyi etdi. Sentyabrın 17-də Prezident cənab İlham Əliyevin TDT-ni təmsil edən nümayəndələrlə görüşü zamanı vacib mesajlar səsləndirərək,TDT-nin gələcək inkişafında təhlükəsizlik ölçüsünün əhəmiyyətinə diqqət çəkdi. Üzv ölkələrin dini liderlərini qəbul etdiyini xatırladan ölkə başçısı təşkilatın müxtəlif formatlarda müzakirə etdiyi mövzuların beynəlxalq gündəlikdən təhlükəsizliyə, multikulturalizmdən ticarət və nəqliyyata qədər geniş spektri əhatə etdiyini bildirdi. Bu isə, heç şübhəsiz TDT-nin beynəlxalq miqyasda əhəmiyyətinin artmasının göstəricisidir. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündən keçən iyirmi il müddətdə TDT-nin öz potensialından maksimum istifadə etdiyini vurğulayan dövlət başçısı üzv dövlətlərin rəhbərlərinin ortaq mövqeyini istinadən, təşkilatın beynəlxalq arenada rolu və yerinin gücləndirilməli olduğunu qeyd edib.
Bu sözləri Oxu24.com-a açılmasında millət vəkili Zaur Şükürov bildirib.
Z.Şükürov qeyd edib ki, Prezidentin çıxışının əsas xətlərindən biri TDT məkanının coğrafi üstünlükləri olub. Bu gün TDT yalnız üzv ölkələrin siyasi, humanitar deyil, eyni zamanda nəqliyyat, enerji sahəsində əməkdaşlığı üçün mühüm platformadır. Bu ölkələrin artıq qlobal əhəmiyyat daşıyan Orta dəhlizdə yerləşməsi isə qeyd olunan əməkdaşlıq istiqmətinin önəmini daha da artırır.Üzv ölkələrin ərazisindən keçən enerji və nəqliyyat dəhlizləri yalnız bu ölkələr üçün deyil, daha geniş coğrafiya üçün əhəmiyyət daşıyır. Bu xüsusda, Prezident TDT regionunun həm qərbində, həm də şərqində yerləşən dövlətlərin təşkilatın bağlantılar, nəqliyyat və enerji təhlükəsizliyi sahəsindəki müsbət rolunun güclənməsini maraqla izlədiyini bildirib.Bu əməkdaşlıq oxunda Azərbaycanın rolu və yeri mühüm əhəmiyyət kəsb edir. Ölkəmiz beynəlxalq miqyasda etibarlı enerji təchizatçısı kimi çıxış etməklə, eyni zamanda Mərkəzi Asiya resurslarını Xəzər vasitəsilə qlobal bazarlara tranzitində bilavasitə yaxından iştirak edir. Prezident bu məqama diqqət çəkərək, hazırda enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan ümumi təhlükəsizlikdən danışmağın mümkünsüz olduğunu vurğuladı.
Millət vəkili vurğulayıb ki, təşkilata üzv ölkələr arasında ikitərəfli formatda sıx əməkdaşlığın mövcudluğu və münasibətlərimizin müttəfiqlik səviyyəsinə qaldırılması təşkilat çərçivəsində də çoxtərəfli əməkdaşlığın genişləndirilməsində önəmli faktorlardandır. Dövlət başçısı bu yanaşmanı Azərbaycanın əsas xarici siyasət prioriteti kimi təqdim edib və əvvəlki çıxışlarındakı fikirləri yenidən səsləndirib: „Őlkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur. Təşkilatımızın daha bir üstünlüyü ondan ibarətdir ki, o, ümumi etnik köklərə malik ölkələri birləşdirir. Dünyada belə təşkilatlar o qədər də çox deyil. Beynəlxalq təşkilatların siyahısına nəzər salsaq, nadir hallarda belə mənzərəyə rast gəlmək olar. Bu isə həmrəyliyin mühüm amilidir. Çünki iqtisadi və siyasi maraqlardan əlavə, ölkələrimizin ərazisində yaşayan insanlar, xalqlar arasında münasibətlər də qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsində mühüm rol oynayır. Buna görə də belə mənəvi birlik, mədəniyyətlərin və dillərin oxşarlığı, ümumi etnik köklər – bütün bunlar təşkilatımızı möhkəmləndirir və ona xüsusi əhəmiyyət verir.”
Millət vəkilinin sözlərinə görə, beynəlxalq əməkdaşlığın inkişafında ölkələrdəki sabitlik mühüm rol oynayır. Prezident İlham Əliyev TDT-nin uğurunun səbəblərini sadalayarkən üzv ölkələrin ərazisində sülh və sabitliyi qeyd edib. Sabitlik olmayan bölgəyə investisiya, texnologiya və innovasiya gəlmir, bu isə TDT ölkələrini digər regionlardan fərqləndirən amildir. İkinci arqument iqtisadi artımdır: sənaye istehsalında, iqtisadi göstəricilərdə və maliyyə sistemlərinin dayanıqlığında müsbət dinamika müşahidə olunur. Üçüncü səbəb demoqrafik inkişafdır. Bir çox ölkələrdə əhalinin azalması narahatlıq doğurduğu halda, TDT ölkələrində artım müşahidə olunur. Bu üstünlük eyni zamanda sosial infrastruktur və iş yerlərinin artırılması ilə dəstəklənməlidir. Dövlət başçımızın çıxışının mərkəzində TDT çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi durub. İctimai asayiş və terror təhdidləri baxımından üzv ölkələrdə vəziyyətin nəzarətdə olduğunu deyən ölkə başçısı, eyni zamanda arxayınlığa yol verilməməsinin vacibliyini vurğulayıb.
Zaur Şükürovun fikrincə, həqiqətən də, ətrafda müharibələrin davam etdiyi bir dönəmdə TDT üzv dövlətlərinin təhlükəsizlik qurumları arasında koordinasiyanın, operativ məlumat mübadiləsinin və birgə fəaliyyətin gücləndirilməsi mövcud təhdidlərə qarşı mübarizədə, ən başlıcası isə mümkün təhdidlərin qarşısının alınmasında və profilaktikasında həyati əhəmiyyət daşıyır. Prezidentin çıxışının ən diqqətçəkən hissələrindən biri təhdidlərin yalnız fiziki deyil, ideoloji xarakter daşıması ilə bağlı olub. Dövlət başçısı qeyd edib ki: “Ölkələrimizin ardıcıl inkişafını və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır. O cümlədən adətən ölkələrimizin hüdudlarından çox uzaqda yerləşən, lakin nədənsə məlum mərkəzlərdən maliyyələşən müxtəlif media strukturları vasitəsilə həyata keçirilən təxribatlara qarşı. Bu maliyyələşdirmə ölkələrimizin dövlət quruluşunun sarsıdılmasına, ictimai həmrəyliyin pozulmasına, yad narrativlərin və dəyərlərin aşılanmasına yönəlib. Biz buna qarşı Azərbaycanda çox fəal mübarizə aparırıq və deməliyəm ki, böyük uğurlar əldə etmişik. Azərbaycanda xain, antimilli, satqın strukturlar mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır. Buna zərər vurmağa çalışan hər şey cəmiyyətimiz tərəfindən son dərəcə mənfi qarşılanır. Lakin bu, bütün işləri başa çatdırdığımız anlamına gəlmir, çünki ölkələrimizdə sabitliyi pozmaq cəhdləri davam etdiriləcək.”
Deputat əlavə edib ki, bu təhdidlərin əsas hədəfinin gənc nəsil olduğunu qeyd edən Prezident TDT çərçivəsində gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsini, müntəzəm forum və konfransların təşkilini tövsiyə edib. Məqsəd isə gənc vətəndaşların qohum xalqlara mehriban münasibət bəsləməsini və vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda böyüməsini təmin etməkdir. Əvvəlki çıxışlarında, müsahibələrində olduğu kimi, bu görüş zamanı da Prezident İlham Əliyev təkcə ölkə əhəmiyyətli deyil, eyni zamanda bölgəmiz və TDT coğrafiyası üçün vacib mesajlar səsləndirdi. Əməkdaşlıqda təhlükəsizlik ölçüsünün önəminə diqqət çəkilməklə yanaşı, təhdidlərə qarşı səmərəli mübarizə məqsədilə gənclər siyasəti və ideoloji təhlükəsizliyin yeni əməkdaşlıq sahələri kimi gündəmə gətirilməsi dövlət başçımızın uzaqgörən, regionumuzun ümumi təhlükəsizliyinə, sülh və sabitliyə, inkişafa xidmət edən praqmatik siyasətinin göstəricisidir.
21:19 / 19 Sentyabr 2026
1
21:09 / 19 Sentyabr 2026
19
21:05 / 19 Sentyabr 2026
22
20:58 / 19 Sentyabr 2026
118
20:52 / 19 Sentyabr 2026
30
20:30 / 19 Sentyabr 2026
45
20:30 / 19 Sentyabr 2026
43
20:23 / 19 Sentyabr 2026
58
20:13 / 19 Sentyabr 2026
50
20:09 / 19 Sentyabr 2026
142
20:00 / 19 Sentyabr 2026
49
19:54 / 19 Sentyabr 2026
68
19:48 / 19 Sentyabr 2026
26
19:48 / 19 Sentyabr 2026
120
19:44 / 19 Sentyabr 2026
627
19:42 / 19 Sentyabr 2026
165
19:36 / 19 Sentyabr 2026
64
19:33 / 19 Sentyabr 2026
61
19:27 / 19 Sentyabr 2026
108
19:12 / 19 Sentyabr 2026
70
18:48 / 19 Sentyabr 2026
74
18:37 / 19 Sentyabr 2026
76
18:27 / 19 Sentyabr 2026
612
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.