Gürcüstan Azərbaycanla delimitasiya üzrə prosesləri sürətləndirmək barədə razılığa gəlib
30 Oktyabr 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
258
19.09.2026, 18:02
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin və uçuş intensivliyinin artacağı gözlənilir.
Bu barədə Oxu24.com -a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.
Artan sərnişin axınının çevik idarə olunması, əməliyyat proseslərinin fasiləsizliyi və xidmətlərin operativ təşkili məqsədilə aeroport 19–27 sentyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu dövrdə sərnişinlərin rahatlığı və xidmətlərin davamlılığının təmin edilməsi üçün müvafiq struktur bölmələrin fəaliyyəti gücləndiriləcək.
Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarış proqramı 24–26 sentyabr tarixlərində keçiriləcək. Yarış həftəsi ərzində paytaxtda nəqliyyat axınının intensivləşməsi və mümkün hərəkət məhdudiyyətləri nəzərə alınaraq, sərnişinlərə hava limanına səfərlərini əvvəlcədən planlaşdırmaq və uçuş üçün kifayət qədər əlavə vaxt nəzərdə tutmaq tövsiyə olunur.
Səfərin daha rahat və maneəsiz təşkili üçün sərnişinlərə bəzi tövsiyyələr verilib.
Sərnişinlərə hava limanına əvvəlcədən gəlmək, qeydiyyat, baqaj təhvili və təhlükəsizlik prosedurlarının vaxtında tamamlanması üçün səfəri əlavə vaxt nəzərə alaraq planlaşdırmaq tövsiyə olunub.
Bildirilib ki, aviaşirkət tərəfindən təqdim olunduğu halda, onlayn qeydiyyat, self check-in və baggage drop-off xidmətlərindən istifadə etməklə qeydiyyat prosesini daha sürətli tamamlamaq mümkündür.
Həmçinin sərnişinlərə uçuş məlumatlarını öncədən yoxlamaq, uçuş statusunu və hansı terminaldan həyata keçiriləcəyini elektron bilet, aviaşirkətin rəsmi saytı və digər rəsmi kanallar vasitəsilə dəqiqləşdirmək tövsiyə edilib.
Şəxsi avtomobildən alternativ olaraq “28 May” metro stansiyası ilə hava limanı arasında fəaliyyət göstərən Aeroexpress ictimai nəqliyyat xidmətindən istifadə etmək məsləhət görülüb.
Bundan başqa, nəqliyyat vasitələrinin yalnız müəyyən edilmiş parklanma ərazilərində saxlanılması, sərnişinlərin düşürülməsi və götürülməsi üçün isə xüsusi drop-off/pick-up zonalarından istifadə olunması tövsiyə edilib. Qeyd olunub ki, parkinqdən istifadənin ilk 15 dəqiqəsi ödənişsizdir. Parkinq ödənişlərini “Tezödə”, “AzParkinq” və “Birbank” platformaları vasitəsilə onlayn həyata keçirmək mümkündür.
Xüsusi dəstəyə ehtiyacı olan sərnişinlərə isə zəruri xidmətlərin vaxtında təşkili üçün uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətlə əlaqə saxlamaq tövsiyə olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 dövründə artan sərnişin və uçuş intensivliyinin təhlükəsiz və operativ idarə olunması, xidmətlərin fasiləsiz göstərilməsi və sərnişinlər üçün rahat səyahət təcrübəsinin təmin edilməsi istiqamətində zəruri tədbirləri həyata keçirəcək.
13:55 / 30 Oktyabr 2026
32
13:45 / 30 Oktyabr 2026
47
13:31 / 30 Oktyabr 2026
103
13:18 / 30 Oktyabr 2026
235
13:14 / 30 Oktyabr 2026
58
13:05 / 30 Oktyabr 2026
72
13:05 / 30 Oktyabr 2026
74
12:50 / 30 Oktyabr 2026
95
12:45 / 30 Oktyabr 2026
1214
12:42 / 30 Oktyabr 2026
143
12:25 / 30 Oktyabr 2026
95
12:25 / 30 Oktyabr 2026
66
12:21 / 30 Oktyabr 2026
753
12:15 / 30 Oktyabr 2026
175
11:55 / 30 Oktyabr 2026
104
11:45 / 30 Oktyabr 2026
146
11:35 / 30 Oktyabr 2026
79
11:28 / 30 Oktyabr 2026
148
11:27 / 30 Oktyabr 2026
496
11:25 / 30 Oktyabr 2026
63
11:18 / 30 Oktyabr 2026
82
11:13 / 30 Oktyabr 2026
97
11:10 / 30 Oktyabr 2026
142
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.