Qaynar xətt:

(+99450) 247 90 86

“Polad Bülbüloğlunun cır səsini Müslüm Maqomayevin səsi ilə müqayisə etmək olmaz..” - FOTO+ÖZƏL

“Polad Bülbüloğlunun cır səsini Müslüm Maqomayevin səsi ilə müqayisə etmək olmaz..” - FOTO+ÖZƏL

CƏMİYYƏT

60

19.09.2026, 19:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“İndiki bəstəkarlar uşaq mahnıları yazmağı bacarmırlar. Ona görə də uşaqlar indi “sevirəm, ölürəm sənin dərdindən” kimi mahnılar oxuyurlar. O vaxt Ağabacı Rzayeva, Şəfiqə Axundova, Oqtay Zülfüqarov yazırdı, bu gün yazan yoxdur”.

 

Bunu Oxu24.com-a açıqlamasında “Kukla” mahnısının ifaçısı, bəstəkar Zabitə Məmmədova deyib.

O daha sonra əlavə edib:
 
“Mənim ifamda 308 uşaq mahnısı lentə alınıb. Onların hamısını uşaq vaxtı oxumuşam. Xatırlayıram, 4-5 yaşım var idi. Atam məni Əfsər Cavanşirovun yanına apardı. Əfsər müəllim məndən soruşdu ki, hansı mahnını bilirsən?! Mənim də radioda eşitdiyim bir mahnı var idi. Bu “Ay işığında” mahnısı idi. Onu oxudum, Əfsər müəllim gülüb özündən getdi. Mənə dedi ki, “bu mahnını uşaqlar oxumaz, onlara aid deyil”.  İlk mahnım “Kukla” oldu. Bəstəkarı Ağabacı Rzayeva idi. Yadımdadır, Ağabacı Rzayeva Moskvada dekadaya getmişdi, oradan gələndə mənim üçün böyük bir kukla almışdı. Kaş o kuklanı saxlayardım”.
Zabitə Məmmədova daha sonra Polad Bülbüloğlunun sosial şəbəkələrdə görkəmli sənətkar Müslüm Maqomayevlə müqayisəsini qəbul etmədiyini bildirib:
 
“Polad Bülbüloğlunu tez-tez Müslüm Maqomayevlə müqayisə edib, eyni tərəziyə qoyurlar. Bunu heç də doğru hesab etmirəm. Polad Bülbüloğlu “Şən Azərbaycan” mahnısını cır səslə oxuyub. Vallah, həmin mahnını süni intellektin də ifasında paylaşmışdılar. Mən hətta deyərdim ki, süni intellekt ondan daha yaxşı oxuyub. Mən onu bir müğənni kimi qətiyyən bəyənmirəm. Siyasətçi kimi əlbəttə ki, gözəl çalışır”.