Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistanda iki dövlət ola bilməz - Paşinyan

Ermənistanda iki dövlət ola bilməz - Paşinyan

SİYASƏT

166

16.09.2026, 23:00

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifət nümayəndələrinə evsiz qalan Qarabağ ermənilərini öz evlərində yerləşdirməyi təklif edib.

Oxu24.com xəbər verir ki, Paşinyan bunu “Güclü Ermənistan” partiyasının deputatı Areq Ovsepyanın çıxışına cavabında deyib.

Deputat çoxuşaqlı bir ailənin məcburən keçmiş separatçı rejimin İrəvandakı “nümayəndəliyi”nin binasına köçdüyünü xatırladıb. Paşinyan isə İrəvandan kənarda boş yaşayış yerlərinin olduğunu və hökumətin Qarabağ ermənilərinə sosial dəstəyi davam etdirdiyini bildirib.

Baş nazir müxalifətin ölkədəki digər evsiz insanları deyil, yalnız Qarabağ ermənilərini diqqət mərkəzinə gətirməsindən narazılığını ifadə edib.

Paşinyan keçmiş separatçı rejimin İrəvandakı “nümayəndəliyi”nin binasının dövlət balansına veriləcəyini də açıqlayıb:

“Ermənistanda iki dövlət və iki hökumət ola bilməz. Ölkə daxilində ikinci dövlət, ikinci hökumət və ya ikinci parlament yaratmaq cəhdlərinin qarşısını ən sərt üsullarla alacağam”.Redaktor.az