Pezeşkian Moskvadadır
27 Oktyabr 2026, 00:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
231
16.09.2026, 21:49
Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Asiya dövlətləri və AR xüsusi xidmət orqanları rəhbərlərinin Qazaxıstan Respublikasında “Müasir təhdidlər şəraitində regional təhlükəsizliyin təmin olunması” mövzusunda keçirilən görüşündə iştirak edib.
Oxu24.com xəbər verir ki, tədbirdə çıxış edən general-polkovnik Əli Nağıyev AR Prezidenti cənab İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının ölkələrimiz arasında münasibətlərin strateji xarakterini aydın şəkildə əks etdirdiyini vurğulayaraq Azərbaycanın bu formatın tamhüquqlu iştirakçısına çevrilməsinin regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən tarixi addım olduğunu, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.
DTX rəisi regional təhlükəsizliyə təhdidlər sırasında beynəlxalq terrorçuluq və dini ekstremizm, transmilli cinayətkar qruplaşmaların fəaliyyəti, narkotik vasitələrin və silahların qanunsuz dövriyyəsi ilə yanaşı, kibercinayətkarlığın müasir formalarının, habelə kritik infrastruktura yönəlmiş digər təhlükələrin də yer aldığını, cinayətkar və terrorçu qruplaşmaların nəqliyyat, kommunikasiya və digər həyati əhəmiyyətli obyektlərin fəaliyyətinə təsir göstərmək məqsədilə müasir informasiya texnologiyalarından istifadə imkanlarının xüsusi narahatlıq doğuran amil olduğunu qeyd edib.
General-polkovnik Əli Nağıyev dövlətlərimiz arasında münasibətləri səciyyələndirən qardaşlıq, qarşılıqlı hörmət və etimad mühitinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda regional təhlükəsizliyin və sabitliyin daha da möhkəmləndirilməsi məqsədilə xüsusi xidmət orqanları arasında sıx əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub.Redaktor.az
00:42 / 27 Oktyabr 2026
69
00:00 / 27 Oktyabr 2026
69
23:43 / 26 Oktyabr 2026
90
23:30 / 26 Oktyabr 2026
74
23:16 / 26 Oktyabr 2026
88
23:08 / 26 Oktyabr 2026
75
22:58 / 26 Oktyabr 2026
83
22:56 / 26 Oktyabr 2026
84
22:51 / 26 Oktyabr 2026
69
22:34 / 26 Oktyabr 2026
403
22:30 / 26 Oktyabr 2026
81
22:11 / 26 Oktyabr 2026
84
22:11 / 26 Oktyabr 2026
75
22:04 / 26 Oktyabr 2026
92
22:02 / 26 Oktyabr 2026
86
21:58 / 26 Oktyabr 2026
75
21:53 / 26 Oktyabr 2026
200
21:44 / 26 Oktyabr 2026
78
21:32 / 26 Oktyabr 2026
79
21:30 / 26 Oktyabr 2026
81
21:05 / 26 Oktyabr 2026
1553
21:02 / 26 Oktyabr 2026
91
20:56 / 26 Oktyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.