“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
06 Oktyabr 2026, 22:38
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
599
16.09.2026, 23:34
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüş zamanı dövlət başçısı Qərb institutlarının Azərbaycana qarşı sərgilədiyi qərəzli mövqedən, ikili standartlardan və ədalətsiz yanaşmalardan ətraflı bəhs edib. Prezident bildirib ki, Avropa Şurası və digər qurumlar uzun illər ərzində Ermənistanın işğalçılıq siyasətini faktiki olaraq dəstəkləyib, Azərbaycan torpaqlarının zəbt olunmasına və törədilən vəhşiliklərə qarşı heç bir sanksiya tətbiq etməyiblər. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, Avropa Parlamenti açıq şəkildə korrupsiya və rüşvətxorluq bataqlığındadır.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Oxu24.com-a ətraflı şərh verərək Avropa qurumlarının fəaliyyət mexanizmlərini və ikili standartlarını qiymətləndirib.
O bildirib ki, Avropa birliyinə aid qurumların mütləq əksəriyyəti Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirlər:
“Bu qurumların bəziləri Avropa Parlamentinə də daxil olmaqla erməni lobbisinin təsiri altında müəyyən bəyanatlar, açıqlamalar və qətnamələr qəbul edirlər. Bütün bunların əsas məqsədi də erməni faktorunu daha ön planda tutaraq Azərbaycana qarşı təzyiq göstərmək məqsədi daşıyır”.
Eyni zamanda politoloq qeyd edib ki, Avropa Parlamenti də daxil olmaqla bəzi Avropa qurumları rüşvət və korrupsiya bataqlığına düşüblər və erməni lobbisinin, eyni zamanda Azərbaycana qarşı qərəzli olan lobbi qruplarının maliyyəsi hesabına, maliyyəsinin təsiri altında Azərbaycanı hədəfə almaqda davam edirlər.
Elçin Xalidbəylinin sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tamamilə haqlıdır və tam dəqiq hədəfə zərbə endirib:
“Bu baxımdan hesab etmək olar ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi həm də rüşvət və korrupsiyanın nəticəsidir. Erməni lobbisindən alınan rüşvət nəticəsində bu qurum davamlı olaraq Azərbaycana qarşı qərəzli ittihamlar irəli sürməkdədir. Təbii ki, bu artıq inkarolunmaz reallıqdır. Azərbaycan dövləti həm Avropa Parlamentinə, həm də Avropa Parlamenti kimi Azərbaycana qarşı qərəzli olan digər qurumlara, o cümlədən də Avropa Şurasına öz kəskin reaksiyasını mütəmadi şəkildə göstərir”.
“Rəsmi Bakı rüşvətxor və korrupsiya bataqlığına batan Avropa Parlamenti kimi Qərb qurumlarının təzyiqlərinə qətiyyən boyun əymir, müqavimət göstərir. Azərbaycan dövləti bu rüşvətxor Qərb qurumlarına adekvat cavab reaksiyaları verir və bununla da Avropa Parlamenti də daxil olmaqla digər Qərb qurumlarının qərəzli və rüşvətə bağlı mövqeyini bütün dünyada ifşa edir”,- deyə politoloq əlavə edib.
Çimnaz Telmanqızı
00:32 / 07 Oktyabr 2026
127
00:10 / 07 Oktyabr 2026
46
23:58 / 06 Oktyabr 2026
49
23:41 / 06 Oktyabr 2026
78
23:27 / 06 Oktyabr 2026
115
23:10 / 06 Oktyabr 2026
74
22:57 / 06 Oktyabr 2026
78
22:50 / 06 Oktyabr 2026
81
22:38 / 06 Oktyabr 2026
94
22:35 / 06 Oktyabr 2026
110
22:30 / 06 Oktyabr 2026
211
22:28 / 06 Oktyabr 2026
83
22:25 / 06 Oktyabr 2026
93
22:22 / 06 Oktyabr 2026
3293
22:17 / 06 Oktyabr 2026
1169
22:12 / 06 Oktyabr 2026
65
22:10 / 06 Oktyabr 2026
351
22:10 / 06 Oktyabr 2026
70
21:42 / 06 Oktyabr 2026
73
21:28 / 06 Oktyabr 2026
392
21:26 / 06 Oktyabr 2026
170
21:14 / 06 Oktyabr 2026
80
21:07 / 06 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.