Milli Məclis yeni DƏYİŞİKLİK ETDİ
27 Oktyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
403
16.09.2026, 23:38
Nazirlər Kabineti “Yol hərəkəti haqqında” Qanuna edilmiş dəyişikliklərin icrası ilə əlaqədar bir sıra qərarlara dəyişiklik edib.
Oxu24.com xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, texniki baxış, sürücülük vəsiqəsinin verilməsi və dövlət qeydiyyat nişanlarının təqdim edilməsi ilə bağlı qaydalar yeni tələblərə uyğunlaşdırılıb.
Dəyişiklik “Yol hərəkəti haqqında” Qanunun 57.6.3-cü maddəsinin tətbiqi ilə bağlıdır. Həmin norma elektron kabinetində mobil telefon nömrəsi olmayan şəxslərə elektron qaydada çıxarılmış yol hərəkəti cərimələrinin necə rəsmi təqdim edilmiş hesab olunmasını müəyyən edir. Marqarita pizza
Belə ki, barəsində yol hərəkəti qaydalarının pozulması ilə bağlı elektron qərar qəbul edilmiş şəxsin elektron kabinetində mobil telefon nömrəsi yoxdursa, həmin qərar avtomobilin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi, yaxud sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı şəxsə təqdim edildiyi andan rəsmi qaydada verilmiş hesab olunur.
Nazirlər Kabinetinin yeni qərarı ilə bu qayda nəqliyyat vasitələrinin dövlət qeydiyyatı, texniki baxış, sürücülük vəsiqəsinin verilməsi və dövlət qeydiyyat nişanlarının təqdim edilməsi üzrə müvafiq normativ sənədlərə daxil edilib.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanuna martın 17-də edilən dəyişikliklə 27-ci, 30-cu və 35-ci maddələrə 57.6.3-cü maddəyə istinad əlavə olunub. Həmin dəyişiklik elektron qərarların təqdim edilməsi mexanizminin yol hərəkəti ilə bağlı bir sıra dövlət xidmətlərinə tətbiqini nəzərdə tutur.
Qərar 16 sentyabr 2026-cı ildə qəbul edilib.
11:16 / 27 Oktyabr 2026
2
11:09 / 27 Oktyabr 2026
23
11:05 / 27 Oktyabr 2026
61
10:53 / 27 Oktyabr 2026
39
10:48 / 27 Oktyabr 2026
55
10:45 / 27 Oktyabr 2026
54
10:40 / 27 Oktyabr 2026
68
10:36 / 27 Oktyabr 2026
101
10:34 / 27 Oktyabr 2026
58
10:32 / 27 Oktyabr 2026
64
10:25 / 27 Oktyabr 2026
59
10:14 / 27 Oktyabr 2026
157
10:08 / 27 Oktyabr 2026
80
10:04 / 27 Oktyabr 2026
449
10:02 / 27 Oktyabr 2026
68
09:41 / 27 Oktyabr 2026
75
09:34 / 27 Oktyabr 2026
319
09:29 / 27 Oktyabr 2026
102
09:28 / 27 Oktyabr 2026
69
09:25 / 27 Oktyabr 2026
75
09:24 / 27 Oktyabr 2026
78
00:42 / 27 Oktyabr 2026
128
00:00 / 27 Oktyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.