Sabah hava necə olacaq?
15 Noyabr 2026, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
606
16.09.2026, 18:56
Azərbaycan çoxvektorlu xarici siyasətində Türk və İslam dünyası ölkələri ilə münasibətlərə xüsusi önəm verir.
Oxu24.com xəbər verirki,bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) eksperti Mətin Məmmədli Prezident İlham Əliyevin 15 sentyabrda TDT-nin Baş katibini, TDT-nin müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Prezidentin bu fikirləri ilk növbədə Azərbaycan xarici siyasətində regional həmrəyliyə və çoxtərəfli əməkdaşlığa verdiyi önəmin bir ifadəsidir:
"Ölkə başçısı demək istəyir ki, siyasi, mənəvi, tarixi, region baxımından yaxın olan ölkələr həmrəy olsalar, onların səsləri dünya birliyində, beynəlxalq münasibətlər sistemində daha aydın eşidilər. Belə olan halda digər dövlətlər onlara addım atmaqdan çəkinərlər. Həmrəylik, birlik Azərbaycan xarici siyasətinin fəlsəfəsinin əsas sütunlarından biridir. Biz hər zaman, mənəvi və siyasi baxımdan yaxın ölkələrlə bu birliyə böyük əhəmiyyət veririk".
O qeyd edib ki, dünyanın idarə olunmasında daha çox dövlətlərin maraqları böyük rol oynayır:
"Dünyada ədalət prinsiplərinin işləmədiyinə şahid olan ölkələrdən biri də Azərbaycandır. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə biz bu ədalətsizliyin birbaşa şahidi olduq. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi beynəlxalq sənədlərlə, BMT Təhlükəsizlik Şurasının sənədləri ilə təsdiq olunmuşdu. Buna baxmayaraq Avropa Şurası, Avropa və digər strukturlar tərəfindən gözlənilən addım atılmadı".
Mətin Məmmədli əlavə edib ki, Azərbaycan torpaqları üzərində suverenliyini tam bərqərar etdikdən sonra Azərbaycana qarşı Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası sərt qərarlar qəbul etməyə başlayıb.
"Bu da ondan xəbər verir ki, artıq bu təşkilatlar və bir sıra dövlətlər üçün əsas məsələ ədalət prinsipləri, beynəlxalq hüquq normaları deyil, ilk növbədə maraqlardır. Məhz belə bir reallıqda ilk növbədə yaxın olan dövlətlər öz həmrəyliklərini güçləndirməlidirlər. Bunun nəticəsində ilk növbədə həm öz maraqlarını təmin edə, həm tərəfdaş, müttəfiq ölkələrin də maraqlarını təmin edə bilərlər".
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən Türk dünyası, Qafqaz, İslam aləminin birgə gücündən bəhs edib.
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.