Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım olunub
17 Noyabr 2026, 00:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1468
17.09.2026, 00:02
Dünyanın ən möhtəşəm təbiət marşrutlarından biri olan Patagoniyada səyahət edənlər üçün maraqlı fürsət yaradılıb. Argentinanın dağları və gölləri ilə məşhur San Karlos de Bariloçe şəhərindəki butik hosteldə könüllü işləyənlərə pulsuz qalmaq və səhər yeməyi təklif olunur.
Oxu24.com xəbər verir ki, Worldpackers platforması üzərindən həyata keçirilən proqram 3 həftəyədək davam edir.
İştirakçılar həftədə cəmi 25 saat, yəni gündə təxminən 5 saat işləyərək yaşayış xərclərindən azad ola bilərlər.
Proqrama qoşulan səyahətçilər hosteldə qonaqlara xidmət, resepsiyonda kömək və təmizlik kimi gündəlik işləri yerinə yetirirlər. Bunun müqabilində onlara pulsuz yaşayış və səhər yeməyi verilir.
Könüllülərə həftədə 2 tam istirahət günü də təqdim olunur. Beləliklə, iştirakçılar həm işləyərək yaşayış xərclərini azaltmaq, həm də boş vaxtlarında Patagoniyanın təbiətini kəşf etmək imkanı əldə edirlər.
Proqram çərçivəsində iştirakçılara ortaq otaqda qalmaq və səhər yeməyi ilə yanaşı, yüksək sürətli internet, camaşırxanadan istifadə və velosiped imkanı da təqdim olunur.
Bundan əlavə, könüllülər bölgədə təşkil olunan turlara və bəzi barlara xüsusi endirimlərdən yararlana bilirlər.
Proqrama həm tək səyahət edənlər, həm də cütlüklər müraciət edə bilər. Əsas tələblərdən biri qonaqlarla ünsiyyət quracaq səviyyədə orta dərəcədə ingilis və ya ispan dilini bilməkdir.
Digər şərt isə ən azı 2 həftə müddətinə proqramda iştirak edə bilməkdir.
Səyahətçilər tərəfindən 5 üzərindən 4,5 balla qiymətləndirilən proqram xüsusilə yaşayış xərclərini minimuma endirərək Patagoniyanı kəşf etmək istəyənlər üçün diqqət çəkir.
Qeyd edək ki, pulsuz yaşayış imkanı uçuş, sığorta və digər şəxsi xərclərin də qarşılandığı anlamına gəlmir. Pullu və ya viza ilə bağlı tələblər isə səfər edilən ölkənin qaydalarından asılıdır. (Musavat.com)
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.