Süni intellekt onlayn alış-veriş vərdişlərini dəyişir: "Google"un mövqeyi zəifləyir?
18 Avqust 2026, 13:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
57
18.08.2026, 12:49
Ermənistan rəsmiləri, xüsusən də hakim “Mülki Müqavilə” partiyasının təmsilçisi Sarkis Xandanyan son bəyanatlarında TRIPP layihəsi üzrə İranla qarşılıqlı anlaşmanın əldə olunduğunu və Tehran-Vaşinqton gərginliyinin bu layihəyə mane olmayacağını iddia edirlər. Lakin Tehranın yüksək səviyyəli hərbi-siyasi rəhbərliyi bu fikirləri qətiyyətlə təkzib edir. İran tərəfi hesab edir ki, TRIPP layihəsi həyata keçərsə, bu, ABŞ-nin Cənubi Qafqazda və İran sərhədlərinə bilavasitə yaxın ərazilərdə hərbi-siyasi mövcudluğunu təmin edəcək. Tehran Fars körfəzində Vaşinqtonun mövcudluğuna qarşı olduğu kimi, öz şimal sərhədlərində də eyni ssenarinin təkrarlanmasını milli təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir. Ermənistanın hakim partiya təmsilçisi Sarkis Xandanyanın iki ölkə arasında guya razılığın olduğunu iddia etməsinə cavab olaraq İranın nüfuzlu generallarından olan Rəhim Səfəvinin verdiyi kəskin bəyanat İrəvanın yalanlarını tamamilə alt-üst etdi.
Tehranın bu sərt mövqeyi göstərir ki, İrəvanın Vaşinqtonla yaxınlaşması iki ölkə arasındakı strateji tərəfdaşlıqda dərin çat yaratmaqdadır. Layihənin iqtisadi dividend gətirəcəyini iddia edən Ermənistan rəhbərliyi isə regional güclərin narahatlığını görməzdən gəlməyə çalışır. Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu mövzunu geniş şərh edərkən bildirib ki, Ermənistan rəsmiləri tez-tez səsləndirirlər ki, TRIPP layihəsi üzrə İran və Ermənistan arasında qarşılıqlı anlaşma əldə olunub:
“İran rəsmiləri dəfələrlə TRIPP layihəsinin reallaşdırılmasına qarşı çıxış ediblər. İran tərəfi hesab edir ki, bu layihə həyata keçərsə, bu, Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqazda, yəni İran sərhədlərinə yaxın ərazidə mövcudluğu deməkdir”.
Onun sözlərinə görə, Ermənistan parlamentinin üzvü, hakim partiyanın təmsilçisi Sarkis Xandanyan tərəfindən belə bir məlumat səsləndirilmişdir ki, artıq İranla Ermənistan arasında TRIPP layihəsi üzrə qarşılıqlı anlaşma mövcuddur. Lakin İranın nüfuzlu generallarından olan Səfəvi İranla Ermənistan arasında belə bir qarşılıqlı anlaşmanın olmadığını ifade etdi və yenə də İran rəsmilərinin əvvəlki mövqeyini təkrarladı. O, ABŞ-nin regionda mövcudluğuna qarşı çıxdı və fikrini bu cür əsaslandırdı ki, əgər İran ABŞ-nin Fars körfəzindəki mövcudluğuna qarşıdırsa, Cənubi Qafqazda da ABŞ-nin mövcudluğuna qarşıdır. Bir sözlə, Ermənistanın hakim partiyasının parlamentdə təmsilçisi olan Sarkis Xandanyanın səsləndirdiyi fikir təkzib olundu”.
Elşad Mirbəşioğlu qeyd edib ki, bu onu göstərir ki, TRIPP layihəsi ilə bağlı Ermənistanla İran arasında ciddi fikir ayrılığı mövcuddur:
“Ermənistanın baş naziri Nikol Paşinyan da bir müddət öncə (ötən ay) İran tərəfinin layihə ilə bağlı mövqeyi ətrafında öz fikirlərini səsləndirmişdi. Paşinyan bildirmişdi ki, biz TRIPP layihəsi üzrə İranı narahat edən suallara cavab verməyə hazırıq. Bu layihə regionda geniş imkanlar açacaq, həm İranın Qara dənizə çıxış imkanını təmin edəcək, həm də İranla Azərbaycan və Naxçıvan arasında əlaqə, kommunikasiya imkanları yaradacaq. Yəni, İran da daxil olmaqla region ölkələri bu layihədən qazanacaqlar”.
Bu baxımdan görünən reallıq bəlli olduğunu vurğulayan müsahibimiz bildirib ki, İranla Ermənistan arasında sözügedən məsələ ilə bağlı qarşılıqlı razılaşma əldə olunmayıb və fikir ayrılığı qalmaqdadır:
“İranla Ermənistan arasındakı fikir ayrılığının layihənin reallaşmasına necə təsir edəcəyi məsələsinə gəlincə, Ermənistan parlamentinin üzvü Xandanyan bildirib ki, bu layihə bütün hallarda reallaşacaq — İranla Ermənistan arasındakı münasibətlərin xarakterindən asılı olmayaraq”.
Həmçinin müsahibimiz xatırladıb ki, TRIPP layihəsi üzrə artıq Ermənistanla ABŞ arasında kifayət qədər ciddi addımlar atılıb. Belə ki, ABŞ ilə Ermənistan arasında layihəni idarə edəcək birgə müəssisə yaradılıb. 49 il müddətinə bu müəssisə (Ermənistan-ABŞ müəssisəsi) layihə üzərində əməliyyatlara nəzarət edəcəkdir. Burada pay nisbəti 74% ABŞ-yə, 26% isə Ermənistana məxsusdur. Eləcə də ABŞ vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri zamanı da layihə üzrə mühüm razılaşma əldə olunub. Bu da onu göstərir ki, TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilməkdədir.
Son olaraq E.Mirbəşiroğlu əlavə edib ki, bu layihənin gerçəkləşməsi həmişə özünün yaxınlığı ilə seçilən İran-Ermənistan münasibətlərinə təsir göstərəcək və iki ölkə arasında artıq mövcud olan gərginliyi daha da dərinləşdirəcəkdir.
Çimnaz Telmanqızı
13:30 / 18 Avqust 2026
4
13:15 / 18 Avqust 2026
33
12:40 / 18 Avqust 2026
60
12:38 / 18 Avqust 2026
66
12:18 / 18 Avqust 2026
62
12:05 / 18 Avqust 2026
177
11:54 / 18 Avqust 2026
65
11:48 / 18 Avqust 2026
60
11:45 / 18 Avqust 2026
60
11:36 / 18 Avqust 2026
70
11:29 / 18 Avqust 2026
59
11:21 / 18 Avqust 2026
71
11:17 / 18 Avqust 2026
61
11:17 / 18 Avqust 2026
67
11:13 / 18 Avqust 2026
278
11:03 / 18 Avqust 2026
66
10:59 / 18 Avqust 2026
81
10:43 / 18 Avqust 2026
219
10:39 / 18 Avqust 2026
77
10:34 / 18 Avqust 2026
81
10:25 / 18 Avqust 2026
70
10:23 / 18 Avqust 2026
70
10:14 / 18 Avqust 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.