Trampdan İlham Əliyevə xüsusi dəvət
01 Noyabr 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2310
13.08.2026, 18:41
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib.
Oxu24.com-un xəbərinə görə, Prezident İlham Əliyev qanunun tətbiqi barədə Fərman imzalayıb.
Qanun 6 fəsildən, 27 maddədən ibarətdir.
Oxu: Avqustda pensiya gözləyənlərə ŞAD XƏBƏR
Qanuna əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi ( Reyestr) yaradılacaq. Reyestr seleksiya nailiyyətləri (sortlar və hibridlər, cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, seleksiya nailiyyətlərindən istifadə ilə əlaqədar bağlanmış müqavilələr və toxumluq əkinlər barədə məlumatların (qeydlərin) məcmusudur. Elektronlaşma nəticəsində aidiyyəti şəxslərin sortluq və səpin keyfiyyətini təsdiq edən sertifikatı olan toxumlar, habelə onların bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumat almalarına şərait yaradacaq.
Toxumçuluq haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanılan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin orqanın (qurumun) hesabına köçürüləcək. Müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar “Toxumçuluq haqqında” 1997-ci il 11 mart tarixli 257-IQ nömrəli qanun ləğv edilib.
02:55 / 02 Noyabr 2026
38
01:12 / 02 Noyabr 2026
99
00:41 / 02 Noyabr 2026
154
00:26 / 02 Noyabr 2026
135
00:06 / 02 Noyabr 2026
361
23:52 / 01 Noyabr 2026
269
23:45 / 01 Noyabr 2026
890
23:40 / 01 Noyabr 2026
123
23:27 / 01 Noyabr 2026
190
23:25 / 01 Noyabr 2026
472
23:14 / 01 Noyabr 2026
203
23:00 / 01 Noyabr 2026
480
22:56 / 01 Noyabr 2026
138
22:04 / 01 Noyabr 2026
143
21:49 / 01 Noyabr 2026
159
21:49 / 01 Noyabr 2026
144
21:26 / 01 Noyabr 2026
315
21:14 / 01 Noyabr 2026
337
20:55 / 01 Noyabr 2026
275
20:49 / 01 Noyabr 2026
127
20:35 / 01 Noyabr 2026
797
20:24 / 01 Noyabr 2026
164
20:20 / 01 Noyabr 2026
368
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.