Bir müşavirin vəzifədən gedişi, iki ölkənin münasibətlərinə verilən MESAJ
26 Oktyabr 2026, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
476
05.08.2026, 19:46
İran Xəzər dənizinin hüquqi statusu ilə bağlı mühüm addım atmağa hazırlaşır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, bu addım Xəzəryanı beş dövlət arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün yaxşı zəmin yaradacaq. Regional və beynəlxalq geosiyasi şəraitin mürəkkəbləşdiyi bir vaxtda Tehranın bu qərarı xüsusi diqqət cəlb edir. Sanksiyalar və təcrid fonunda İranın qonşuları ilə münasibətləri normallaşdırmaq istəyi bu addımın əsas motivlərindən biri hesab olunur. Xüsusilə Azərbaycanla münasibətlərdə etimad mühitinin formalaşması regionun gələcək iqtisadi mənzərəsinə birbaşa təsir göstərə bilər. Qonşu dövlətin bu qərarının pərdəarxası məqamları və geosiyasi səbəbləri böyük maraq doğurur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İran mövcud reallıqlarla barışmaq məcburiyyətindədir:
"İran Xəzəryanı ölkələrin qəbul etdiyi Konvensiyanı rəsmən ratifikasiya etməlidir, çünki digər sahilyanı dövlətlər artıq bu addımı atıblar. Əvvəllər İranın Xəzərlə bağlı səsləndirdiyi iddialar qeyri-real və absurd idi. Lakin bu iddiaların reallaşması mümkün olmadı və Tehran artıq reallıqla barışmağa məcburdur”.
Politoloqun sözlərinə görə, hazırda İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar və təcrid vəziyyəti rəsmi Tehranı fakt qarşısında qoyub. Ona görə də hesab edirəm ki, İran tərəfi artıq qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla münasibətlərini normal saxlamalı, bu prosesdə radikal addımlar atmamalıdır.
Məhəmməd Əsədullazadə həmçinin, əlavə edib ki, İran tərəfi bu Konvensiyanı ratifikasiya etməklə konkrekt olaraq regiondakı iqtisadi inteqrasiya proseslərinə qoşulmağa çalışır:
“Xəzər dənizi vaxtilə bölünüb və bu, tamamilə ədalətli bir bölgüdür. İran onsuz də dənizə və dünya okeanına çıxış imkanları kifayət qədər geniş olan böyük coğrafiyaya malikdir. Belə bir Konvensiyanın qəbul edilməsi Azərbaycanla İran arasında qarşılıqlı etimadı formalaşdıracaq və münasibətlərdə açıq qalan bu problemi də həll etmiş olacaq".
Çimnaz Telmanqızı
21:02 / 26 Oktyabr 2026
27
20:56 / 26 Oktyabr 2026
1
20:30 / 26 Oktyabr 2026
40
20:26 / 26 Oktyabr 2026
45
20:17 / 26 Oktyabr 2026
43
20:07 / 26 Oktyabr 2026
73
19:57 / 26 Oktyabr 2026
56
19:43 / 26 Oktyabr 2026
79
19:17 / 26 Oktyabr 2026
71
19:00 / 26 Oktyabr 2026
72
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
98
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
81
17:45 / 26 Oktyabr 2026
172
17:01 / 26 Oktyabr 2026
120
17:00 / 26 Oktyabr 2026
367
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
118
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
316
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.