Qaynar xətt:

(+99450) 247 90 86

Zaur Şükürov: "Müstəqil Azərbaycan Ulu Öndərin əmanətidir"

Zaur Şükürov: \"Müstəqil Azərbaycan Ulu Öndərin əmanətidir\"

SİYASƏT

82

14.07.2026, 10:33

Bu gün, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etməyə başladığı, xalqımızın tarixində xüsusi əhəmiyyət kəsb edən 1969-cu ilin 14 iyul tarixini qürur hissi ilə xatırlayırıq. Bu tarix ölkəmizin ictimai-siyasi həyatında, iqtisadi və mədəni yüksəlişində yeni bir mərhələnin başlanğıcı oldu.

Bu sözləri Oxu24.com-a açıqlamasında millət vəkili Zaur Şükürov bildirib.

Zaur Şükürovun sözlərinə görə, inkişaf etmiş cəmiyyətlərin keçdiyi tarixi yola nəzər yetirdikdə dövlətlərin və xalqların taleyində tərəqqisində, lider amilinin dövlətçilik və müstəqillik üçün vacib şərtlərdən biri olduğunu, hətta müəyyən dövrlərdə həlledici rol oynadığını deyə bilərik.Ulu Öndər Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Ölkəmizin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə istisnasız olaraq bütün uğurları üçün, o cümlədən ötən əsrin 70-ci illərində respublikamızda tənəzzüldən tərəqqiyə keçid və nəticə etibarilə yaşanan milli, iqtisadi, sosial, mədəni intibah, xüsusilə də, müstəqilliyimizin, dövlətçilimizin qorunub saxlanılması üçün etibarlı təməlin yaradılması Ümummilli Liderin qətiyyəti, iradəsi, təşəbbüskarlığı və uzaqgörən strateji qərarları, ən əsası şərəfli həyatını xalqımızın rifahına, dövlətinin inkişafına həsr etməsi sayəsində mümkün olmuşdur.

Deputat bildirib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızı azad görmək idi və inanırdı ki, ərazilərimiz işğaldan mütləq qurtulacaq. 2003-cü ildə xalqa müraciətində bu inamı ifadə edərək, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin başa çatdıra biləcəyini vurğuladı.Həqiqətən də, Ulu Öndərin müəyyən etdiyi inkişaf və dövlətçilik strategiyasının layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hədəflərimizə çataraq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, çoxəsrlik dövlətçilik tariximizdə ən böyük uğura – tarixi Zəfərə nail olduq.

Millət vəkili əlavə edib ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin irsi isə xalqımızın milli sərvətidir. Bu irsin qorunmasına, təbliği və yaşadılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi və Ulu Öndərin adını daşıyan Fond mühüm töhfələr verir.Milli mənsubiyyəti ilə fəxr edən və milli kimliyimizi qürur mənbəyinə çevirən tarixi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin ölməz ideyaları, zəngin irsi əbədiyaşardır və illər ötüb keçsə də onun adı, misilsiz əməlləri xalqımızın yaddaşından əsla silinməyəcək!

Zaur Şükürov sözlərinin sonunda vurğulayıb ki, ata vəsiyyətini yerinə yetirərək ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edən, Ulu Öndərin görmək istədiyi hədəflərə inamla nail olan cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün inkişaf edən, güclənən Azərbaycan Ümummilli Liderin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir.