Prezident Aİ-nin ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
05 May 2026, 20:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
105
05.05.2026, 20:51
İrəvanda tarixi zirvə: Azərbaycan-Ermənistan münasibətlərində yeni era – sülh və iqtisadi inteqrasiya
Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı regionun gələcək taleyi üçün həlledici hadisəyə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin videobağlantı vasitəsilə qatıldığı bu zirvə, Bakı və İrəvan arasındakı buzların əriməsini və münasibətlərin tamamilə yeni müstəviyə keçdiyini bütün dünyaya nümayiş etdirib.
Tədbirdə ən diqqətçəkən məqam Azərbaycanın sülhə sadiqliyini əməli addımlarla sübut etməsi olub. Belə ki, Azərbaycan 1990-cı illərdən bəri tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada ləğv edərək, Ermənistana neft məhsullarının tədarükünə başlayıb.
Bu tarixi keçid fonunda tanınmış politoloq və siyasi şərhçilərin Oxu24.com-a verdiyi geniş şərhləri təqdim edirik:
Politoloq Elçin Xalidbəyli: "Azərbaycan və Ermənistan sülh içində yaşamağın mümkünlüyünü sübut etdi"
Politoloq Elçin Xalidbəyli hesab edir ki, Azərbaycan dövlət başçısının İrəvandakı toplantıya qatılması sadəcə bir diplomatik protokol deyil, sülhün və sabitliyin təsdiqidir:
Prezident İlham Əliyevin İrəvanda keçirilən toplantıya qatılması olduqca önəmli bir hadisədir. Bu, yalnız Azərbaycan-Ermənistan deyil, ümumiyyətlə Cənubi Qafqaz üçün böyük əhəmiyyət daşıyan bir addımdır. Çünki bu addım sülh prosesinin yeni və çox ciddi bir mərhələyə keçdiyini göstərir. Artıq iki ölkə arasında iki ilə yaxındır ki, sülh mühiti hökm sürür və hazırkı proseslər qarşılıqlı faydalı münasibətlər xarakteri daşıyır”.
E.Xalidbəyli sülhün konkret faktlara söykəndiyini vurğulayaraq bildirib:
“Yekun sülh sazişinin mətni artıq tam razılaşdırılıb. Həmin tarixi sənəd 8 avqust 2025-ci il tarixində Vaşinqtonda, Prezident Trampın iştirakı ilə paraflanıb. Bu, prosesin artıq geriyədönməz olduğunu sübut edir.
Artıq iqtisadi-ticari münasibətlərin əsası qoyulub. Azərbaycandan Ermənistana enerji resursları ixrac olunur. Eyni zamanda, Rusiya və Orta Asiyadan gələn yüklər Azərbaycan ərazisindən keçərək Ermənistana çatdırılır.
Rusiya və Avropa Birliyinin müxtəlif strukturları kimi kənar müdaxilələrə meylli olan, regionda gərginliyi artırmaq istəyən qüvvələrə baxmayaraq, hər iki ölkə sülh niyyətini beynəlxalq ictimaiyyətə birmənalı şəkildə çatdırıb.
Politoloqun yekun rəyinə görə, sülh sazişi imzalandıqdan sonra açılacaq yeni inkişaf perspektivləri bütün region dövlətlərinin maraqlarına xidmət edəcək”,-deyə politoloq fikrini tamamlayıb.
Həmçinin oxuyun
Siyasi Şərhçi Taleh Əliyev: "Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığı dayandırması suveren hüququmuzun tələbidir"
Siyasi şərhçi Taleh Əliyev isə Azərbaycanın beynəlxalq təşkilatlarla münasibətlərdə tutduğu qətiyyətli mövqeyi və Qərb institutlarının gerçək simasını ifşa edib:
“Uzun illər demokratiya və insan haqlarının beşiyi hesab elədiyimiz Avropa strukturları, gerçəkdə mahiyyətdən çox-çox uzaq imiş. 44 günlük Vətən müharibəsindən sonra biz onların gerçək simasını və praktik addımlarını bir daha gördük. 2021-ci ildən bu günə qədər Avropa Parlamenti Azərbaycan haqqında 14 dəfə qərəzli qətnamə çıxarıb”.
T.Əliyev Avropa ölkələrinin ikili standartlarını kəskin tənqid edərək əlavə edib:
“Fransa və ona yaxın olan Belçika, Hollandiya kimi ölkələr bu strukturları həqiqəti qorumaq üçün deyil, başqa ölkələrə təzyiq etmək üçün istifadə edirlər.
Suveren hüquqlarını və milli maraqlarını qoruyan Azərbaycan, bu qərəzli mövqe ilə barışa bilməzdi. Mənasız siyasi skandalların səmərəsiz olduğunu görən Azərbaycan dövləti ən düzgün yolu — bu qurumla rəsmən əməkdaşlığı dayandırmaqda gördü.
Azərbaycanın burada itirəcəyi ciddi bir şey yoxdur. Əksinə, özünü "demokratiya keşiyçisi" sayan Avropa strukturları, region ölkələrinin onların legitimliyini qəbul etməməsinin fəsadları ilə bağlı gələcəkdə hesabat verməli olacaqlar”.
Şərhçi vurğulayıb ki, Azərbaycanın bu addımı milli maraqlara tam uyğundur və münasibətlərin bərpası yalnız Avropa Parlamentinin qərəzli mövqeyindən geri çəkiləcəyi təqdirdə mümkün ola bilər.
Çimnaz Telmanqızı
22:27 / 05 May 2026
149
22:23 / 05 May 2026
18
22:20 / 05 May 2026
20
22:18 / 05 May 2026
20
22:04 / 05 May 2026
132
21:59 / 05 May 2026
35
21:41 / 05 May 2026
38
21:39 / 05 May 2026
40
21:30 / 05 May 2026
54
21:26 / 05 May 2026
40
21:26 / 05 May 2026
40
21:11 / 05 May 2026
41
21:05 / 05 May 2026
133
21:04 / 05 May 2026
671
20:58 / 05 May 2026
356
20:46 / 05 May 2026
56
20:43 / 05 May 2026
77
20:37 / 05 May 2026
54
20:31 / 05 May 2026
1020
20:28 / 05 May 2026
182
20:24 / 05 May 2026
49
20:21 / 05 May 2026
48
20:06 / 05 May 2026
54
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.