Məhəmməd Əsədullazadə: Moskvanın taktikası nəticə verməyəcək
06 İyul 2026, 13:01
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
457
05.05.2026, 20:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu24.com xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlandı, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edildi.
Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Koştaya çatdırmağı xahiş etdi.
Kaya Kallas Antonio Koştanın ölkəmizə səfəri zamanı dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxundu.
Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu dedi.
Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxundu. Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğuladı. Bu xüsusda dövlətimizin başçısı qeyd etdi ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.
Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunuldu, ölkəmizin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulandı. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkəmizin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirildi. Ötən gün İrəvanda keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirildi.
Görüşdə vurğulandı ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.
Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edildi, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olundu.
Dövlətimizin başçısı və Kaya Kallas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.



14:48 / 06 İyul 2026
23
14:43 / 06 İyul 2026
28
14:40 / 06 İyul 2026
32
14:25 / 06 İyul 2026
48
14:22 / 06 İyul 2026
51
14:10 / 06 İyul 2026
58
14:08 / 06 İyul 2026
60
13:31 / 06 İyul 2026
68
13:30 / 06 İyul 2026
75
13:23 / 06 İyul 2026
70
13:22 / 06 İyul 2026
68
13:15 / 06 İyul 2026
64
13:07 / 06 İyul 2026
74
13:03 / 06 İyul 2026
646
13:01 / 06 İyul 2026
80
12:28 / 06 İyul 2026
89
12:17 / 06 İyul 2026
78
12:10 / 06 İyul 2026
79
11:38 / 06 İyul 2026
277
11:38 / 06 İyul 2026
88
11:38 / 06 İyul 2026
90
11:32 / 06 İyul 2026
98
11:22 / 06 İyul 2026
379
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.