Bu binalarda evi olanların diqqətinə — 50 faizlik artım ola bilər
04 May 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
55
04.05.2026, 18:08
“Avropa məkanında formalaşmaqda olan yeni siyasi reallıqların və onların Cənubi Qafqaza, xüsusilə də regionumuzun gələcəyinə təsirinin müzakirə olunduğu İrəvan Avropa Siyasi Birliyi Zirvə Toplantısı daha geniş geosiyasi proseslərin tərkib hissəsidir.
İlk növbədə, platformanın mahiyyətinə diqqət yetirmək lazımdır. Avropa Siyasi Birliyi klassik mənada institusional struktur deyil, daha çox Avropa İttifaqına daxil olmayan, lakin Avropa siyasi və təhlükəsizlik arxitekturasında yer almaq istəyən ölkələrin dialoq meydanıdır. Burada həm keçmiş Şərq Tərəfdaşlığı ölkələri, həm də fərqli geosiyasi kursa malik dövlətlər təmsil olunur. Qitədə yeni əməkdaşlıq modeli formalaşır.
Eyni zamanda, yeni geosiyasi birliyin yaranmasının arxasında açıq şəkildə bir strateji xətt dayanır – Rusiyanın təsir imkanlarının məhdudlaşdırılması və alternativ siyasi xəttin aparılması. Reallıq artıq gizli deyil və sammitlərin gündəliyində də açıq şəkildə hiss olunur”.
Bunu Oxu24.com-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.
Deputat bildirib ki, İrəvan sammitinin xüsusi əhəmiyyəti isə onun Vətən müharibəsində Qələbəmizin nəticəsi, onun kölgəsi və yekunlarının legitimliyinin qəbul edilməsidir: “Prezident İlham Əliyev-qalib Azərbaycan liderinin onlayn platforma üzərindən, lakin Qafqazın xilaskarı, çoxəsrlik düşmənçiliyə son qoyan və yeni dünya düzəninin arxitekturası üçün ədalətli modelin müəllifi statusunda İrəvan sammitində iştirakı mühüm hadisədir.
İrəvanın tarixində son 200 ildə bir başqa azərbaycanlı liderin bütün Qafqazın xilasına yönələn çıxışı eşidilməyib. Göründüyü kimi, Ali Baş Komandan tərəfindən uzun onilliklər Qərb dövlətlərinin də yer aldığı və indi avroparlamentarilər tərəfindən gücləndirilən xətti mühakimə edərkən, əsla erməni xalqını məğlubiyyətə görə aşağılayan leksikon seçilmədi. Halbuki, birbaşa hökmran və Qələbəmizin təminatçısı kimi mənəvi-siyasi baxımdan haqq etdiyimiz mövqedən daha diktəedici ton da seçilə bilərdi.
Lakin Azərbaycan Cənubi Qafqazın gələcəyini nəzərə alaraq qarşıdurma ruhundan fərqli mövqe ortaya qoydu. Sammitdə ölkəmizə yüksək münasibət bəsləyən tərəflər ikinci-üçüncü ranqlı təmsilçinin deyil, məhz ölkə rəhbərinin şəxsən iştirak jestini, mərdliyi və barış ruhunu razılıqla qarşıladılar.
Digər tərəfdən, Paşinyan özü də təsdiqlədi ki, əslində onun ölkəsində seçki və hakimiyyətin gələcək taleyi üçün mühüm olan Zirvə görüşü qərarı İlham Əliyevin razılığı ilə müəyyənləşib. Ona görə də güclü siyasi dəstək nümayişi üçün Paris, London və digər paytaxtlara deyil, məhz Bakıya istinad daha çox qabardılır.
Yəni, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və enerji resurslarının iqtisadi təsiri həqiqətən də İrəvanın üzərində uzun illər hökmranlıq etmiş qüvvələrdən azad olunmasına xidmət edən mühüm siyasətdir.
Həmçinin oxuyun
Ticarət, investisiya və sülh gündəliyi də Azərbaycanla bağlıdır. Sammitdə digər iştirakçılar da çıxışlarında məhz yeni regional reallıqları qəbul edərək Bakı əleyhinə mövqe tutmadılar. Ona görə də faktiki olaraq İrəvanın gələcək siyasi və təhlükəsizlik trayektoriyası Bakıda – cənab Prezident İlham Əliyev tərəfindən müəyyən olunur”.
Deputat əlavə edib ki, müharibədən sonra yaranmış vəziyyət Azərbaycanın regional güc mərkəzi kimi mövqeyini möhkəmləndirib: “Qlobal sülh prosesində ölkəmizin iştirakı Qarabağ Zəfərindən sonra yeni məna qazanıb.
Ermənistanın gələcək inkişaf modeli artıq kənar paytaxtlarda formalaşa bilməz. Sülh gündəliyinin ön plana çıxarılması, kommunikasiya xətlərinin açılması və ticarət əlaqələrinin genişləndirilməsi kimi məsələlər məhz yeni Azərbaycan geosiyasətinin nəticəsidir. Başqa sözlə desək, regionun gələcək təhlükəsizlik və əməkdaşlıq modeli qarşılıqlı razılaşmalar üzərində qurulsa da, bu prosesdə Azərbaycanın rolu həlledici olaraq qalır.
Avropa Siyasi Birliyi kimi platformalar isə dialoqu genişləndirə və siyasi körpülər qurmaq baxımından əhəmiyyətli rol oynaya bilər.
Nəticə etibarilə, İrəvan sammiti bir daha göstərdi ki, regionda yeni siyasi mərhələ – İlham Əliyevin Qərb liderləri ilə açıq dialoqu və uzun illər əleyhimizə aparılan sistemli kampaniyanın zəifləməsi ilə xarakterizə olunur. Ermənistanı birtərəfli hərbi-maliyyə baxımından himayə etmək xətti artıq işləmir, əksinə, İrəvanın özünə zərbə vurur.
İrəvanda keçirilən tədbirləri Rusiya–Avropa toqquşmasına çevirmək cəhdləri isə bölgə üçün əlavə risklər yaradır. Ona görə də İrəvanda dominant yanaşma Bakı ilə yeni, lakin kövrək bağları möhkəmləndirməkdən keçir. Tarixin məntiqinə zidd addımlar isə hər zaman ağır nəticələr doğurur.
Regionda diplomatik proseslərin inkişafı bir neçə mərhələdən keçib və hər mərhələ fərqli geosiyasi aktorların rolu ilə yadda qalıb. Müxtəlif platformalarda aparılan danışıqlar, o cümlədən Brüssel formatı müəyyən dövrlərdə dialoqun əsas istiqamətlərindən biri olub.
Bütün bu proseslər göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması təkcə ikitərəfli məsələ deyil, eyni zamanda böyük güclərin maraqlarının toqquşduğu mürəkkəb geosiyasi müstəvidə formalaşır.
Qafqaz öz tarixi ərzində heç vaxt indiki qədər Bakının təsirində olmayıb. Bu reallığı formalaşdıran liderin İrəvanda səslənən nitqi isə təkcə gələcəyin kursu deyil, həm də tarixi yaddaşın simvolik ifadəsidir”.
19:45 / 04 May 2026
1
19:43 / 04 May 2026
24
19:42 / 04 May 2026
12
19:31 / 04 May 2026
25
19:24 / 04 May 2026
25
19:15 / 04 May 2026
54
19:00 / 04 May 2026
33
18:50 / 04 May 2026
52
18:48 / 04 May 2026
85
18:44 / 04 May 2026
46
18:39 / 04 May 2026
58
18:38 / 04 May 2026
107
18:32 / 04 May 2026
41
18:28 / 04 May 2026
48
18:25 / 04 May 2026
45
18:16 / 04 May 2026
159
18:13 / 04 May 2026
44
18:12 / 04 May 2026
69
18:10 / 04 May 2026
76
18:02 / 04 May 2026
279
17:59 / 04 May 2026
39
17:55 / 04 May 2026
64
17:51 / 04 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.