Qaynar xətt:

(+99450) 247 90 86

Bu ölkələr ABŞ və İran arasında vasitəçilik edir - KİV 

Bu ölkələr ABŞ və İran arasında vasitəçilik edir - KİV 

SİYASƏT

109

23.03.2026, 18:29

Türkiyə, Misir və Pakistan son iki gün ərzində ABŞ ilə İran arasında gərginliyi azaltmaq üçün mesajların ötürülməsində vasitəçilik ediblər.

Oxu24.com  xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Üç ölkənin yüksək vəzifəli rəsmiləri ayrı-ayrılıqda Trampın xüsusi elçisi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Arakçı ilə danışıqlar aparıblar.

Vasitəçilik prosesi davam edir və bildirilir ki, müəyyən irəliləyiş var.

Müzakirələr əsasən münaqişənin dayandırılmasına və açıq qalan məsələlərin həllinə yönəlib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın enerji infrastrukturuna və elektrik stansiyalarına hər hansı hərbi zərbələri 5 günlük müddətə təxirə salıb. O İranla danışıqların baş tutduğunu iddia etsə də, Tehran bu məlumatı təkzib edib.