Prezident İlham Əliyev göstərdiyi dəstəyə və həmrəyliyə görə Çexiyanın Baş nazirinə minnətdarlığını bildirib
06 Mart 2026, 23:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
365
06.03.2026, 18:25
Yaxın Şərqdə və Cənubi Qafqazda artan gərginlik fonunda regionun strateji enerji infrastrukturlarının təhlükəsizliyi yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə Naxçıvana edilən dron hücumları, İran ətrafında baş verən hərbi-siyasi proseslər və region ölkələri arasında artan qarşılıqlı ittihamlar fonunda Azərbaycanın əsas ixrac marşrutlarından biri olan Bakı–Tbilisi–Ceyhan neft kəmərinin mümkün hədəfə çevrilə biləcəyi ilə bağlı iddialar gündəmə gəlib.
Bu cür ssenarinin reallaşması təkcə Azərbaycan üçün deyil, həm də regionun enerji təhlükəsizliyi və beynəlxalq bazarlar üçün ciddi nəticələr doğura bilər. Bəs doğrudanmı İranın BTC kəmərini hədəfə alması ehtimalı realdır?
Oxu24.com xəbər verir ki mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, hazırda İranda baş verən hadisələr ölkədə siyasi xaos və idarəetmə böhranı görüntüsü yaradır.

“Naxçıvana edilən dron hücumu, bundan bir gün əvvəl Türkiyəyə atılan raket və ümumilikdə İranda müşahidə olunan xaotik hərbi-siyasi proseslər göstərir ki, Tehran tərəfindən hər an avantürist addımların atılması ehtimalı istisna deyil.
Naxçıvanda baş verən hadisədən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevnin Təhlükəsizlik Şurasının iclasını keçirməsi və sərt mövqe nümayiş etdirməsi Bakının məsələyə son dərəcə ciddi yanaşdığını göstərir.
Dövlət başçısı açıq şəkildə bildirdi ki, baş verən terror aktına görə İran tərəfi izahat verməli, üzr istəməli və bu hadisəni törədən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bu isə onu göstərir ki, əgər İran tərəfindən növbəti dəfə belə avantürist addımlar atılarsa, Azərbaycan tərəfinin daha qətiyyətli və sərt reaksiyası gecikməyəcək”, – deyə politoloq vurğulayıb.
Taleh Əliyevin fikrincə, risk ehtimalı müəyyən qədər yüksək olsa da, İran daxilində daha soyuqqanlı qərar qəbul edən siyasi dairələr vəziyyətin nə qədər təhlükəli olduğunu radikal qüvvələrin diqqətinə çatdırmağa çalışırlar.
Həmçinin oxuyun
“Onlar anlayırlar ki, belə addımlar İran üçün çox ağır nəticələr doğura bilər. Buna görə də radikal və şovinist qüvvələrin avantürist addımlardan çəkindirilməsi istiqamətində cəhdlər edilə bilər. Lakin bunun nə dərəcədə mümkün olacağını yaxın günlər və saatlar göstərəcək”, – deyə o, əlavə edib.
Politoloq hesab edir ki, hazırkı şəraitdə əsas sual İranın Azərbaycanla qarşıdurma riskini artıracaq addımlardan çəkinib-çəkinməyəcəyidir.
00:59 / 07 Mart 2026
35
00:53 / 07 Mart 2026
47
00:40 / 07 Mart 2026
243
00:13 / 07 Mart 2026
55
23:58 / 06 Mart 2026
64
23:46 / 06 Mart 2026
80
23:28 / 06 Mart 2026
236
23:28 / 06 Mart 2026
120
23:22 / 06 Mart 2026
67
23:21 / 06 Mart 2026
1151
23:20 / 06 Mart 2026
61
22:57 / 06 Mart 2026
109
22:25 / 06 Mart 2026
123
21:57 / 06 Mart 2026
188
21:54 / 06 Mart 2026
61
21:49 / 06 Mart 2026
311
21:47 / 06 Mart 2026
101
21:44 / 06 Mart 2026
68
21:32 / 06 Mart 2026
1202
21:29 / 06 Mart 2026
224
21:26 / 06 Mart 2026
55
21:21 / 06 Mart 2026
234
21:14 / 06 Mart 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.