Deputat aqrar sahədə gəlirlərə dair vergi güzəştinin müddətinin uzadılmasını təklif edib
13 Noyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1217
06.03.2026, 17:09
“Bu qərar Tehrana açıq mesajdır” – Politoloqdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ölkə başçısının müvafiq qərarı ilə Azərbaycan İrandan diplomatik heyətini çıxarır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıqlama verib. Nazir bildirib ki, Prezident İlham Əliyev İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verib.
Gördünüyü kimi, Azərbaycan İranla diplomatik əlaqələri kəsib. Bu durum hansı nəticələrlə sonlana bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Oxu24.com-a açıqlamasında bildirib ki, Azərbaycan hər zaman İranla normal qonşuluq münasibətlərində maraqlı olub və bunun üçün üzərinə düşən bütün addımları atıb.
Politoloqun sözlərinə görə, təəssüf ki bu addımlar İran tərəfindən heç də anlayışla qarşılaşmayıb və İran tamamilə fərqli davranış sərgiləyib:
“Dünən baş verəb hadisələr isə birbaşa Azərbaycan ərazi bütövlüyünə və suverenliyinə təhdid və təcavüz aktıdır. Bununla bağlı Prezident birmənalı mövqe nümayiş etdirdi və məhz bu mövqeyə uyğun olaraq konkret addımlar atılmağa başladı. Bu addımlardan biri İranla sərhəd keçid məntəqələrində yük avtomobillərinin keçməsinin dayandırılması oldu, digər tərəfdən isə İrandan Azərbaycanın diplomatik korpusunun çıxarılması üçün göstəriş verildi. Bu, məsələnin ciddiliyini tam şəkildə ortaya qoyur. Çünki dünən İran tərəfindən baş verən hadisələrə ciddi reaksiyalar görmədik, hansısa üzrxahlıq zəngi yaxud bəyanatının şahidi olmadıq. Sadəcə olaraq İran məsələni üzərindən atmaqla müxtəlif formda işdən sıyrılıb çıxmağa çalışdı. Əlbəttə, Azərbaycan doğru olanı etdi. Diplomatik kopusumuzun İrandan çıxarılması həm də bir mesajdır ki, hazırda düşdüyü vəziyyətdə qonşulara qarşı belə aqressivv, avantürist və xəyanatə bərabər olan addımların atılması kifayət qədər ciddi nəticələrlə sonlanacaq. İran bunu yaxşı anlamalıdır”.
O.Qasımov sonda vurğulayıb ki, İran ölkəmizə qarşı belə addımlar atdığı üçün öz yanlışlarını düzəltməli və münasibətləri normal məcraya qaytarmağa çalışmalıdır:
"Azərbaycan heç bir halda İranla münasibətlərin pozulmasını istəməyib, əvəzində isə tamamilə fərqli davranış görmüşük. Ona görə də atılan addımlarımız İranın bu davranışlarına adekvatdır. Dünənki hadisə münasibətlərin pozulması üçün çox ciddi nüans idi. Bu olanların bütün məsuliyyəti İranın üzərindədir”.
Yeganə
15:01 / 13 Noyabr 2026
43
14:59 / 13 Noyabr 2026
109
14:50 / 13 Noyabr 2026
57
14:46 / 13 Noyabr 2026
69
14:33 / 13 Noyabr 2026
75
14:24 / 13 Noyabr 2026
352
14:17 / 13 Noyabr 2026
336
14:12 / 13 Noyabr 2026
75
14:05 / 13 Noyabr 2026
139
14:00 / 13 Noyabr 2026
82
13:43 / 13 Noyabr 2026
162
13:41 / 13 Noyabr 2026
82
13:20 / 13 Noyabr 2026
83
13:05 / 13 Noyabr 2026
185
12:57 / 13 Noyabr 2026
130
12:45 / 13 Noyabr 2026
121
12:32 / 13 Noyabr 2026
164
12:20 / 13 Noyabr 2026
107
12:17 / 13 Noyabr 2026
104
12:08 / 13 Noyabr 2026
772
11:55 / 13 Noyabr 2026
144
11:45 / 13 Noyabr 2026
212
11:40 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.