Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın başlayıb
23 İyul 2026, 09:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1375
06.03.2026, 16:13
İran prezidenti niyə susur?
“Pezeşkianı ilahləşdirirlər, amma...” - Politoloq
İranın Naxçıvan istiqamətinə dron hücumundan sonra rəsmi qurumlar dərhal baş verənlərə reaksiya verdi. Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyimiz tərəfindən qonşu ölkəyə sərt bəyanatlar səsləndirildi, Azərbaycan Republikası Prezident İlham Əliyevin birbaşa özünün açıqlaması ilə mövqeyini ortaya qoydu.Hər zamanki kimi ölkə rəhbəri qəti və aydın şəkildə öz mövqeyini ifadə etdi.Üzrxahlıq və açıqlama tələb edildi.Eyni zamanda bir sıra dövlət başçıları Prezident İlham Əliyevə zəng edib. Müxtəlif ölkələr, diplomatik qurumlar İranın Azərbaycana qarşı bu xain əməlini pisləyib.
Bu durumda diqqət cəlb edən məqamlardan əsas məqamlardan biri İran Prezidenti Məsud Pezeşkianın susqunluğudur. Maraqlıdır ki, Pezeşkian tərəfindən hələ də ölkə başçısına zəng olunmayıb.
Politoloq Turan Rzayev Oxu24.com-a açıqlamasında Pezeşkianın susqunluğunun əslində başa düşülən olduğunu qeyd edib:
“Pezeşkian ölkə başçımıza zəng vurub nə deyə bilər ki? Ümumiyyətlə, hazırda İranın daxilində ciddi bir xaos var, İran xarici işlər nazirinin köməkçisinin açıqlamasında hadisənin İran tərəfindən edilmədiyi deyilir, digər tərəfdən isə SEPAH kanalları paylaşımlar edərək bu addımı atdıqlarını fəxrlə dilə gətirirlər. Bu durumda İran prezidenti hansısa açıqlama versə, onsuz da hazırda İranın daxilində qarışıq olan vəziyyət daha da gərginləşə bilər. Digər tərəfdən isə, təəssüf ki, bəzən Pezeşkianı ilahiləşdirirlər, onun Azərbaycan etnosuna mənsub olması nəyisə dəyişdirmir. Pezeşkian Qorbaçova bənzəyir, o da SSRİ-ni xilas etmək üçün nələrisə etməyə çalışdı, amma nəticədə çökdü, indi də Pezeşkian molla rejimini ayaqda saxlamağa, reformlar etməyə çalışır, amma dövlət içində dövlət modeli var. SEPAH və molla rejimi qaldığı təqdirdə Pezeşkian İran prezidenti yox, ölkəni idarə edənlərin əlinin altında bir alət olacaq. İranın mövqeyi bəllidir, hadisəni təkzib edir, məsuliyyəti üzərindən atır, lakin ortada 4 dron zərbəsi var. Bunlar ciddi faktdır və bu olanları təkzib etmək başdan ayağa siyasi həyasızlıqdır”.
Yeganə
10:27 / 23 İyul 2026
1
10:04 / 23 İyul 2026
48
09:54 / 23 İyul 2026
44
09:45 / 23 İyul 2026
63
09:29 / 23 İyul 2026
68
09:21 / 23 İyul 2026
66
09:19 / 23 İyul 2026
75
09:16 / 23 İyul 2026
67
09:05 / 23 İyul 2026
62
23:48 / 22 İyul 2026
164
23:10 / 22 İyul 2026
582
22:31 / 22 İyul 2026
178
22:16 / 22 İyul 2026
166
21:55 / 22 İyul 2026
161
21:24 / 22 İyul 2026
161
20:38 / 22 İyul 2026
194
20:19 / 22 İyul 2026
104
19:53 / 22 İyul 2026
118
19:11 / 22 İyul 2026
218
18:52 / 22 İyul 2026
185
18:34 / 22 İyul 2026
160
18:22 / 22 İyul 2026
135
18:14 / 22 İyul 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.