Azərbaycan lideri Qana Prezidentini təbrik edib
06 Mart 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
978
06.03.2026, 10:33
Prezident İlham Əliyev kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Oxu24.com xəbər verir ki, fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi (KTN) dövlət başçısının 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası"nın 6-1-ci hissəsində nəzərdə tutulan kreditlərin təyinatı üzrə xərclənməsinin "Elektron kənd təsərrüfatı" informasiya sisteminin (EKTİS) "aqrar ticarət (tapaqro)" altsistemi vasitəsilə təşkilini və bu barədə məlumatların ötürülməsi məqsədilə həmin informasiya sistemi ilə İqtisadiyyat Nazirliyinin müvafiq informasiya sistemlərinin inteqrasiyasını təmin etməlidir.
Maliyyə Nazirliyi KTN ilə birlikdə 2026-cı ilin dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi məqsədilə ayrılmış vəsaitin 10 milyon manatlıq hissəsinin kreditlərin faizlərinin maliyyələşdirilməsi üçün istifadə edilməsi ilə bağlı tədbirlər görməli, bu məqsədlə tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır.
Bundan başqa, fərmanla, kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin (kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrə, biohumus, sertifikatlı toxum və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə) maliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 il müddətə qədər verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdiriləcək hissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin edilir.
Kreditlərin illik faiz dərəcəsinin Agentliyin vəsaiti hesabına maliyyələşdirilən hissəsi və həmin kreditlərlə istehsalı maliyyələşdirilən kənd təsərrüfatı məhsullarının siyahısı ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na uyğun müəyyən edilir.
Həmçinin oxuyun
Sahibkarlıq subyektləri bu Qayda ilə müəyyən edilmiş güzəştli kreditlərin verilməsi üçün müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) rəsmi qaydada müraciət edirlər. Müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) müraciətlərin qeydiyyata alındığı tarixdən 15 iş günündən gec olmayaraq, kredit riskləri təhlil olunmaqla kreditin verilməsi barədə qərar qəbul edir, yaxud sahibkarlıq subyektlərinə əsaslandırılmış imtina məktubu göndərir (təqdim edir). Müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları (kreditin məbləği, təyinatı, istifadə dövrü və sahibkarlıq subyektinin EKTİS-də qeydiyyatı barədə) və sənədləri Agentliyə təqdim edir. Təqdim edilən məlumatların bu Qaydanın 6-1.2-ci bəndinə əsasən müəyyən edilmiş göstəricilərə uyğunluğunu Agentlik 10 iş günü müddətində yoxlayaraq, veriləcək kredit məbləğinə mütənasib hesablanan faiz məbləğini təsdiqləyir və ya müvəkkil təşkilata (lizinq təşkilatları istisna olmaqla) əsaslandırılmış imtina məktubu göndərir (təqdim edir).
Qaydada nəzərdə tutulmuş qaydada ayrılan kredit məbləğini müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) sahibkarlıq subyektinin kart hesabına (hüquqi şəxsin cari hesabına) köçürür və nağdlaşdırılmadan istifadə olunur. Sahibkarlıq subyekti kredit vəsaitini, bu Qaydaya uyğun olaraq, onun müraciəti zamanı bəyan edilmiş təyinat üzrə EKTİS-in "aqrar ticarət (tapaqro)" altsistemi vasitəsilə təchizatçıların hesablarına köçürür. Kredit müqabilində müvafiq məhsul, iş və xidmətlərin təhvil verilməsini təsdiq edən sənədlər təhvilverənin razılığı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə EKTİS-ə inteqrasiya edilir.
Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə əsas borclarını və faiz borclarının Agentliyin vəsaiti hesabına maliyyələşdirilməyən hissəsini müqavilə şərtlərinə uyğun olaraq ödəməlidirlər. Agentlik verilmiş kreditlər üzrə faizlərin maliyyələşdirdiyi hissəsinin hesablanmasını və həmin hissə üzrə rübdə 1 dəfədən gec olmayaraq ödənişlərin həyata keçirilməsini təmin edir. Agentlik, hesablanan faiz borcunun maliyyələşdirilən hissəsi istisna olmaqla, müqavilə üzrə hər hansı başqa öhdəlik və məsuliyyət daşımır.
Bu Qaydaya uyğun olaraq həyata keçirilən monitorinq zamanı kredit vəsaitindən 3 ay müddətində istifadə edilməməsi və ya təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, Agentlik faizlərin maliyyələşdirilən hissəsinin hesablanmasını və ödənilməsini dayandırır.
Bu Qaydada nəzərdə tutulmuş halda ödənilmiş güzəşt vəsaitini müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) Agentliyə qaytarır. Agentliyin yazılı tələbindən sonra müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) 30 iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün normativ hüquqi aktlarda nəzərdə tutulmuş tədbirləri görür. Qaytarılan vəsaitdən bu Qaydanın məqsədlərinə uyğun istifadə edilir.
Bu Qaydaya uyğun olaraq Agentliyə qaytarılmış vəsaiti müvəkkil təşkilat (lizinq təşkilatları istisna olmaqla) sahibkarlıq subyektindən tələb edir. Belə sahibkarlıq subyektlərinə növbəti 3 il müddətində faizlərinin bir hissəsini Agentliyin maliyyələşdirdiyi kreditlər verilmir.
12:28 / 06 Mart 2026
4
12:23 / 06 Mart 2026
10
12:11 / 06 Mart 2026
22
12:09 / 06 Mart 2026
19
11:56 / 06 Mart 2026
110
11:51 / 06 Mart 2026
36
11:49 / 06 Mart 2026
28
11:46 / 06 Mart 2026
35
11:42 / 06 Mart 2026
43
11:34 / 06 Mart 2026
284
11:30 / 06 Mart 2026
41
11:25 / 06 Mart 2026
328
11:09 / 06 Mart 2026
353
11:02 / 06 Mart 2026
45
10:55 / 06 Mart 2026
75
10:53 / 06 Mart 2026
473
10:51 / 06 Mart 2026
50
10:50 / 06 Mart 2026
40
10:49 / 06 Mart 2026
63
10:22 / 06 Mart 2026
74
10:19 / 06 Mart 2026
174
10:00 / 06 Mart 2026
61
09:36 / 06 Mart 2026
446
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.