Prezidentin Mətbuat Xidməti AÇIQLADI:Müvafiq tədbirlər görülür
15 Noyabr 2026, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
885
26.11.2025, 15:01
Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Oxu24.com xəbər verir ki, məktubun mətnində deyilir:
“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına!
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Pəncəli Nurməmməd oğlu Teymurovun anası Vahimə xanım tərəfindən təşəkkür məktubu.
Doqquz il intizarla gözlədiyimiz şərəfi - oğlum Pəncəli Teymurovun ölümündən sonra Aprel döyüşlərində göstərdiyi igidliyinə görə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Allah sizi başımızın üstündən heç vaxt əskik etməsin. Sizə uzun ömür, cansağlığı arzu edirik.
21 noyabr 2025-ci il”
Qeyd edək ki, Aprel şəhidi, əfsanəvi XTQ giziri Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 3 aprel 2016-cı ildə 35 yaşında Aprel döyüşləri zamanı şəhid olub. “İgidliyə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” II-ci və III-cü dərəcəli medalları ilə təltif olunub.
Bu il noyabrın 7-də isə Prezidentin Sərəncamı ilə Milli Qəhrəman adına layiq görülüb.
22:05 / 15 Noyabr 2026
288
21:57 / 15 Noyabr 2026
99
21:37 / 15 Noyabr 2026
667
21:07 / 15 Noyabr 2026
735
20:58 / 15 Noyabr 2026
412
20:55 / 15 Noyabr 2026
117
20:44 / 15 Noyabr 2026
259
20:39 / 15 Noyabr 2026
110
20:30 / 15 Noyabr 2026
136
20:09 / 15 Noyabr 2026
370
19:51 / 15 Noyabr 2026
405
19:37 / 15 Noyabr 2026
133
19:17 / 15 Noyabr 2026
141
19:09 / 15 Noyabr 2026
130
18:40 / 15 Noyabr 2026
145
18:05 / 15 Noyabr 2026
155
17:53 / 15 Noyabr 2026
2019
17:43 / 15 Noyabr 2026
794
17:16 / 15 Noyabr 2026
701
17:12 / 15 Noyabr 2026
4196
17:09 / 15 Noyabr 2026
132
15:50 / 15 Noyabr 2026
140
15:25 / 15 Noyabr 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.