Bolqarıstanlı kahin Vanqanın 2019-cu ilə dair proqnozları yenidən gündəmi zəbt edib.
Oxu24.com xarici KİV-lərə istinadən xəbər verir ki, Vanqanın proqnozlarında 2019-cu ilin bir sıra faciə və siyasi hadisələrlə yadda qalacağı ön pana çıxır. Kahin iddia edib ki, bu il irimiqyaslı sunami baş verəcək. O, həmçinin Rusiyaya meteorun düşəcəyini irəli sürüb.
Vanqanın Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət başçısı Donald Tramp üçün proqnozları da xoş deyil. Bolqar kahin Kreml rəhbərinin sui-qəsdə məruz qalacağını deyib. Proqnoza görə, Putini onun mühafizəçilərindən biri öldürməyə cəhd göstərəcək. Lakin sui-qəsd uğursuz nəticələnəcək.
Donald Tramp isə mənşəyi bəlli olmayan xəstəliyə yoluxacaq. Xəstəlik nəticəsində Tramp beyin sarsıntısı keçirəcək və qulaqları tutulacaq.
Oxu24.com
ŞƏRHLƏR