Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14407
az

Kirayə evlərlə bağlı prezident fərmanı: Dəyişikliklərin təfsilatı

12:0911 İyun, 2019
903
SİYASƏT
  • A
 
Azərbaycan Prezidenti İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərmanının icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edib.

Bu dəyişikliklərdə nələr nəzərdə tutulur və nə zamandan vətəndaşlar satın almaq məqsədilə kirayə mənzilə sahib ola biləcəklər?

Məsələyə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında aydınlıq gətirib.


Onun sözlərinə görə, son fərman kirayə mənzil fondunun yaradılması ilə bağlı mexanizmin hazırlanmasının yekunlaşdığından xəbər verir.

“Bu, o deməkdir ki, yaxın zamanlarda artıq vətəndaşlarımız kirayə mənzilə müraciət edə biləcəklər.

Yeni fərmanda kirayə mənzilin təklif edilməsi artıq ipoteka ilə əlaqəli bütün qanunvericiliyə daxil olundu və bu da hüquqi bazanın formalaşıb başa çatması anlamına gəlir. Eyni zamanda, elektron ipoteka portalında da kirayə mənzillərə müraciət formalaşdırılacaq.

Fondun təklif edəcəyi mənzillərlə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın olması (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə istifadəsi sadə olan axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın zonalar və eləcə də, mənzil parametrləri üzrə məlumatları axtarış sistemi vasitəsilə əldə etməsidir.

Digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçiriləcək”.

Eskpert evi kirayə götürmək üçün isə tələb olunacaq sənədləri də sadalayıb.

“Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi, vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi, iş yerini və gəlirlərini təsdiq edən məlumatlar, ailə tərkibi barədə məlumatlar, kredit bürolarında saxlanılan məlumatları, sosial sığorta ödənişləri barədə məlumatlar və məhkumluğunun olması (olmaması) barədə məlumatlar tələb olunacaq.

Kirayə evlər üçün müraciət elektron olacaq və müraciətlərə növbəlik əsasında baxılacaq.

Digər vacib dəyişiklik kirayə mənzilə müraciətin yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin, “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcəyidir. Vətəndaşlar “ASAN xidmət” mərkəzləri vasitəsilə kirayə evlərə müraciət edə biləcəklər”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyeva     başsağlığı     verdi
Naxçıvanda yeni İES tikiləcək
Mustafayev Qaluzinə Bakının sülh müqaviləsinə dair mövqeyini TƏQDİM ETDİ

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı