Qaynar xətt:

(+99450) 247 90 86

Putin Belarusu Rusiyaya birləşdirmək istəyir

Putin Belarusu Rusiyaya birləşdirmək istəyir

SİYASƏT

703

07.06.2019, 20:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Vladimir Putin uzun illərdir Rusiyaya başçılıq edir. Versiyalardan biri də odur ki, dövlət başçısı hakimiyyətdə daha çox qalmaq üçün 2024-cü ildə Belarusu Rusiyaya birləşdirməyi düşünür. Düzdür, Kreml sözcüsü Dmitri Peskov bunu təkzib etmişdi. Amma heç kimə sirr deyil ki, Putinin belə planı varOxu24.com xəbər verir ki, Rusiya dövlət başçısı Sankt-Peterburqda baş tutan iqtisadi forumda bu haqda danışıb. O, 2024-cü ilə qədər birləşmədən söhbət getmədiyini deyib. Amma Putin bəzi məsələlərə eyham vurub. Məsələn, deyib ki, ruslar, belaruslar və ukraynalılar əvvəl bir xalq olublar, zaman-zaman qollara ayrılıblar.
\"\" Aleksandr LukaşenkoBu məsələ Belarus prezidenti Aleksandr Lukaşenkonu çox narahat edir. O, apreldə dövlət müstəqilliyini nəyin bahasına olur-olsun qoruyacaqlarını bildirmişdi. Keçən il suverenliklə bağlı ayrıca müşavirə də keçirilmişdi.