Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində təşkil olunan Beynəlxalq İqtisadi Forumda vacib açıqlamalar verib.
Oxu24.com Ria novosti agentliyinə istinadən məlumat verir ki, o, ABŞ-a ölkələrin daxili işlərinə müdaxilə etməmək barədə xəbərdarlıq edib. Kreml rəhbərinin sözlərinə görə, ABŞ-ın Venesuelaya hərbi müdaxilə etməsi fəlakətə yol açacaq.
"Vaşinqtonun Karakasla bağlı siyasəti onun müttəfiqləri tərəfindən dəstəklənmir" - deyən Putin, Venesuela hökumətinin seçki yoluyla hakimiyyətə gəldiyini xatırladıb.
Qeyd edək ki, ABŞ-da bəzi dairələr Pentaqonu Venesuelaya hərbi müdaxilə etməyə təhrik edir. Moskva isə Karakasa dəstək verir. Bir müddət əvvəl Rusiyanın Venesuelaya əsgər göndərdiyinə dair fotolar yayılmışdı. Oxu24.com
ŞƏRHLƏR