Qarabağ separatçılarının lideri Bako Saakyan Ermənistanın baş naziri Nikol Paşinyanı yalançılıqda günahlandırıb.
Daha əvvəl Nikol Paşinyan bildirmişdi ki, o, müvafiq sənədlər paketini onlara təqdim etməyincə, Qarabağ rəsmiləri danışıqlar prosesindən xəbərdar olmayıblar.
“Bir müddət əvvəl Ermənistanın baş naziri bizə danışıqlar prosesi ilə bağlı bəzi sənədlər təqdim edib. Biz də öz növbəmizdə baş nazirə danışıqlar prosesinə aid olan sənədləri təqdim etdik “, – deyə Saakyan bildirib.
Virtualaz.org-un məlumatına görə, B.Saakyan qeyd edib ki, Ermənistanın hakimiyyət orqanları Qarabağ separatçılarının rəhbərliyini əvvəllər də-həm Azərbaycanla danışıqlardan əvvəl, həm də sonra müzakirələr prosesindəki bütün məsələlər və yeniliklər barədə məlumatlandırıblar.
Bako Saakyan Paşinyanın Qarabağdakı “sui-qəsdçi güclər” haqda dediklərinə də reaksiya verib. O bildirib ki, “Qarabağ və Ermənistanın birliyini” pozmağa yönəlmiş hər hansı addımı-istər Qarabağ, istər Ermənistan, istərsə də diaspor tərəfindən olsun,-qəbuledilməz hesab edir.
Oxu24.com
ŞƏRHLƏR