Azərbaycan üçün atılan böyük addımlar:Zəfər diplomatiyası və “Yumşaq güc” strategiyası necə qurulur? — TƏHLİL
12 Avqust 2026, 17:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1427
12.07.2025, 17:52
İyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub.
Oxu24.com xəbər verir ki, dövlət başçısı Suriyanın keçid dövrü Prezidentini qarşılayıb.
Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi foto çəkdirib.
***
Prezident İlham Əliyev Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirib.
Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlət başçısı vurğulayıb ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfərini xatırladan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərlə müxtəlif sahələrdə əməkdaşlığımızın inkişafı ilə əlaqədar layihələrin müzakirə edildiyini vurğulayıb.
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Antalya Diplomatiya Forumu çərçivəsində dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.
O, Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Əhməd Əl Şaraa əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd edib. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyib.
Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidenti ölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini, amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişaf etdiyini vurğulayıb.
Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.
Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini deyib.
Söhbət zamanı Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunulub, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulanıb ki, bu xüsusda Azərbaycan Suriyanın post-münaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
***
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə məhdud tərkibdə görüşü keçirilib.

21:19 / 12 Avqust 2026
22
21:12 / 12 Avqust 2026
32
21:02 / 12 Avqust 2026
33
21:00 / 12 Avqust 2026
108
20:44 / 12 Avqust 2026
42
20:33 / 12 Avqust 2026
251
20:19 / 12 Avqust 2026
67
20:18 / 12 Avqust 2026
221
20:16 / 12 Avqust 2026
55
20:14 / 12 Avqust 2026
61
19:45 / 12 Avqust 2026
65
19:40 / 12 Avqust 2026
64
19:15 / 12 Avqust 2026
70
19:05 / 12 Avqust 2026
1084
19:00 / 12 Avqust 2026
75
18:55 / 12 Avqust 2026
68
18:29 / 12 Avqust 2026
147
18:27 / 12 Avqust 2026
71
18:12 / 12 Avqust 2026
80
17:59 / 12 Avqust 2026
78
17:45 / 12 Avqust 2026
77
17:41 / 12 Avqust 2026
687
17:30 / 12 Avqust 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.