Lavrovdan SƏRT MESAJ: “Rusiya danışıqlara gəlməyəcək”
22 Avqust 2026, 21:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
639
27.03.2025, 22:51
İki gündür Yasamal rayonu ərazisində xoşagəlməz hadisələr baş verir. Martın 26-da rayonun Şərifzadə küçəsi, İTV-nin binasının arxası, Azon zavodun ərazisində ağacların kütləvi şəkildə məhv edilməsi xəbərlər yayıldı. Şahidlərin sözlərinə görə, “Avant Park” şirkəti yaxınlıqda tikinti aparır. Amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.
Oxu24.com bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə çevik reaksiya verdi. Nazirliyin mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, araşdırma aparılır, əraziyə əməkdaşlar göndərilib.
Lakin Yasamal Rayon İcra Hakimiyyətindən bu olaya reaksiya verilmədi.
Martın 27-də isə Yasamalda baş verən daha bir dəhşətli hadisə ölkəni sarsıtdı. Vətəndaşa məxsus ev ekskavatorla uçurduldu. Məsələni dramatikləşdirən odur ki, evin sahibləri, sakinləri orda ola-ola bu vəhşilik baş verdi.
Bakının Yasamal rayonu, Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti işi aparan “Melissa Group” tikinti şirkətinin əməkdaşlarının bu hərəkəti ictimaiyyətdə hiddət doğurub. Artıq şirkətin iki əməkdaşı saxlanılıb. FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Yasamalda baş verənlər fonunda nə rayon icra hakimiyyəti, nə də başçı Elşad Həsənov açıqlama verib. İki gün ard-arda Bakının mərkəzi rayonlarından olan Yasamalda təbiətə və vətəndaşlara qarşı törədilən qanunsuzluğa görə rayon icra hakimiyyəti məsuliyyət daşıyır. Çox da ki, icra hakimiyyətlərinin səlahiyyətləri azaldılıb. Amma vətəndaş bir iş görmək istəyəndə başının üstünü alan ilk rəsmi qurum icra hakimiyyətinin müvafiq idarələrinin əməkdaşları olur. Mediada yazılır, sosial şəbəkələrdə yayılır ki, rayon ərazisində yaşıllıq məhv edilir. İcra hakimiyyətinin necə deyərlər, tükü də tərpənmir. Bu cür yanaşmanın səbəbidir ki, vətəndaşın evini başına uçurdurlar.
Rayonda daha nələr baş verməlidir ki, hörmətli Elşad Həsənov buna reaksiya versin?!
Yeri gəlmişkən, saytlar baş verənlərlə bağlı Yasamal RİH-nə sorğu ilə müraciət etsələr də, sorğular cavabsız qalır.
12:11 / 23 Avqust 2026
35
12:04 / 23 Avqust 2026
42
11:54 / 23 Avqust 2026
345
11:52 / 23 Avqust 2026
48
11:51 / 23 Avqust 2026
43
02:23 / 23 Avqust 2026
91
22:37 / 22 Avqust 2026
154
21:49 / 22 Avqust 2026
227
21:35 / 22 Avqust 2026
171
20:40 / 22 Avqust 2026
171
20:15 / 22 Avqust 2026
152
20:14 / 22 Avqust 2026
173
19:59 / 22 Avqust 2026
91
19:48 / 22 Avqust 2026
195
19:33 / 22 Avqust 2026
179
18:55 / 22 Avqust 2026
246
18:26 / 22 Avqust 2026
110
18:21 / 22 Avqust 2026
136
13:55 / 22 Avqust 2026
137
13:36 / 22 Avqust 2026
858
13:34 / 22 Avqust 2026
125
13:31 / 22 Avqust 2026
128
12:55 / 22 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.