Tramp dünya liderlərinə İranla bağlı müraciət ETDİ
24 Avqust 2026, 22:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1463
04.03.2025, 19:39
Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət verilməsi onun rəhbərlik etdiyi qurumdan xidməti yazışmaların sızdırılması ilə bağlıdır.
Oxu24.com Lent.az-a istinadən xəbər verir ki, Turizm Agentliyi Azərbaycana qarşı daim düşmənçilik mövqeyi bəsləyən “Transpatency İnternational” təşkilatında işləmiş və ya bu təşkilatla əməkdaşlıq edən şəxslərin yuvasına çevrilib.
Onu qeyd etmək yerinə düşər ki, Fuad Nağıyevin qayınanası Rəna Səfərəliyeva uzun illər “Transpatency İnternational” təşkilatı ilə əməkdaşlıq edib. O, bu qurumun Azərbaycandakı nümayəndəsi olub. Vaxtilə bu təşkilatda onun yetişdirdiyi bəzi şəxslər indi Dövlət Turizm Agentliyində işləyirlər. Onların bu agentlikdə söz sahibinə çevrilməsi barədə deyilənlərə heç də təəccüb etmək lazım deyil.
Rəna Səfərəliyevanın anası Zemfira Verdiyeva uzun illər Dillər Universitetinin rektoru olub.
Zemfira Verdiyevanın adı ilə xeyli sayda qalmaqallar bu təhsil müəssisəsinin nüfuzuna əsaslı zərbə vurub.
Dövlət Turizm Agentliyində Fuad Nağıyevin ətrafı davamlı şəkildə xidməti məlumatları müxtəlif təşkilatlara, şəxslərə sızdırıblar. Hətta dövlət orqanları arasında daxili yazışmaları belə xarici ölkələrin Azərbaycandakı səfirliklərinə ötürüblər. Təbii ki, bütün bunlar da dövləti cinayətdir.
Sayt öyrənib ki, məsələ ilə bağlı cinayət işi açılması gözlənilir. Məlumata görə, Fuad Nağıyev başda olmaqla qurumda işləyən bir sıra şəxslərin istintaqa cəlb ediləcəyi istisna olunmur.
23:54 / 24 Avqust 2026
1
22:49 / 24 Avqust 2026
32
22:49 / 24 Avqust 2026
52
22:25 / 24 Avqust 2026
160
22:06 / 24 Avqust 2026
66
21:40 / 24 Avqust 2026
59
21:17 / 24 Avqust 2026
76
20:58 / 24 Avqust 2026
86
20:58 / 24 Avqust 2026
97
20:28 / 24 Avqust 2026
69
20:00 / 24 Avqust 2026
74
19:45 / 24 Avqust 2026
91
19:38 / 24 Avqust 2026
89
19:29 / 24 Avqust 2026
82
19:18 / 24 Avqust 2026
151
19:13 / 24 Avqust 2026
81
19:08 / 24 Avqust 2026
869
19:00 / 24 Avqust 2026
71
18:59 / 24 Avqust 2026
370
18:57 / 24 Avqust 2026
83
18:51 / 24 Avqust 2026
87
18:43 / 24 Avqust 2026
165
18:26 / 24 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.