Tramp dünya liderlərinə İranla bağlı müraciət ETDİ
24 Avqust 2026, 22:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
542
04.03.2025, 18:00
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət verib.
Bununla bağlı prezidentin imzalandığı Sərəncamda deyilir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilir.
Qeyd edək ki, dövlət başçısı məmurlarla bağlı bu cəza tədbirindən nadir hallarda istifadə edir. Demək olar ki, bu, praktikaya 2-3 ildən bir rast gəlinir.
Bakupost.az -ın araşdırmasına görə, bundan əvvəl Prezident İlham Əliyev 21 aprel 2020-ci ildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edib.
21 avqust 2017-ci ildə isə prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Oqtay Qəşəm oğlu Şahbazova xidməti vəzifəsinin icrasında yol verdiyi nöqsana görə töhmət elan edilib.
Son illər töhmət alan şəxslər arasında YAP-çı deputat Siyavuş Novruzov da var.
Belə ki, ona da COVİD-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyası tərəfindən töhmət elan edilib.
Qeyd edək ki, o zaman keçmiş deputat, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olmuşdu.
Toyda Siyavuş Novruzov və həyat yoldaşı, Ombudsman Səbinə Əliyeva da iştirak etmişdlər.
5 oktyabr 2024-cü ildə isə baş nazir Əli Əsədov 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan etmişdi.
23:54 / 24 Avqust 2026
1
22:49 / 24 Avqust 2026
32
22:49 / 24 Avqust 2026
52
22:25 / 24 Avqust 2026
160
22:06 / 24 Avqust 2026
66
21:40 / 24 Avqust 2026
59
21:17 / 24 Avqust 2026
76
20:58 / 24 Avqust 2026
86
20:58 / 24 Avqust 2026
97
20:28 / 24 Avqust 2026
69
20:00 / 24 Avqust 2026
74
19:45 / 24 Avqust 2026
91
19:38 / 24 Avqust 2026
89
19:29 / 24 Avqust 2026
82
19:18 / 24 Avqust 2026
151
19:13 / 24 Avqust 2026
81
19:08 / 24 Avqust 2026
869
19:00 / 24 Avqust 2026
71
18:59 / 24 Avqust 2026
370
18:57 / 24 Avqust 2026
83
18:51 / 24 Avqust 2026
87
18:43 / 24 Avqust 2026
165
18:26 / 24 Avqust 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.