Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
629
16.01.2025, 11:44
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib.
"Unikal" xəbər verir ki, ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurları və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri vurğulayan Cenni Conson Azərbaycanın dayanıqlı iqtisadi artıma yönəlmiş islahatlarını və beynəlxalq arenada artan nüfuzunu təqdirlə qarşıladığını bildirdi. Qonaq bu çərçivədə “Franklin Templeton” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlıq yaratmaq məqsədilə ilkin addımların atıldığını və strateji istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanlarının araşdırıldığını dedi. 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən təşkil olunan tədbirlərdə iştirakı zamanı da həmin məsələlərə dair müzakirələr aparıldığını xatırladan Cenni Conson bu işbirliyinin hər iki tərəfin regional və qlobal məqsədlərinə uyğun olaraq yeni strateji perspektivlər açacağına və uzunmüddətli, səmərəli nəticələr əldə etməyə imkan yaradacağına inamını ifadə etdi.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın aparıcı maliyyə qurumları ilə uğurlu əməkdaşlıq təcrübəsinə toxunaraq, “Franklin Templeton” ilə tərəfdaşlığın strateji əhəmiyyətini qeyd etdi və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğunu bildirdi.
Qeyd edək ki, 1947-ci ildə ABŞ-nin Nyu-York şəhərində təsis edilmiş “Franklin Templeton” şirkətinin 2024-cü ilin sentyabrına olan məlumatına əsasən idarəetməsində olan aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. “Franklin Templeton” şirkətlər qrupuna səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış bir sıra biznes qurumları daxildir.
Həmçinin oxuyun


20:58 / 14 Dekabr 2025
64
20:50 / 14 Dekabr 2025
49
20:16 / 14 Dekabr 2025
521
19:55 / 14 Dekabr 2025
70
19:50 / 14 Dekabr 2025
41
19:36 / 14 Dekabr 2025
45
19:27 / 14 Dekabr 2025
139
19:22 / 14 Dekabr 2025
70
18:57 / 14 Dekabr 2025
2365
17:55 / 14 Dekabr 2025
804
16:45 / 14 Dekabr 2025
1256
15:41 / 14 Dekabr 2025
951
15:09 / 14 Dekabr 2025
94
14:56 / 14 Dekabr 2025
196
14:08 / 14 Dekabr 2025
2240
13:58 / 14 Dekabr 2025
119
13:27 / 14 Dekabr 2025
132
13:18 / 14 Dekabr 2025
109
13:09 / 14 Dekabr 2025
151
12:54 / 14 Dekabr 2025
572
12:18 / 14 Dekabr 2025
1145
12:06 / 14 Dekabr 2025
2408
11:38 / 14 Dekabr 2025
119
11:30 / 14 Dekabr 2025
796
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.