Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
20 Noyabr 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
753
07.01.2025, 13:38
Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.
Oxu24.com xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Sizə, Azərbaycan xalqına, o cümlədən bu hadisə nəticəsində faciəvi şəkildə həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
Beynəlxalq Avtomobil Federasiyasının bütün ictimaiyyəti belə bir çətin zamanda xalqınızla birgə bu kədəri bölüşür. Bu faciənin gətirdiyi ağrı-acı və itki ilə üzləşdiyiniz vaxtda düşüncələrimiz Sizinlə və hadisə nəticəsində zərər görən insanlarladır.
Bu cür anlarda sözlər bəzən acizdir, lakin ümidvaram ki, beynəlxalq ictimaiyyətin həmrəyliyi müəyyən qədər təsəlli verir. Belə çətinliklər qarşısında Azərbaycan xalqının cəsarətli və dözümlü olması hamımızı ruhlandırır.
Şəxsən öz adımdan və Beynəlxalq Avtomobil Federasiyası ailəsi adından başsağlığımızı qəbul etməyinizi xahiş edirəm. Qəlbimiz həlak olanların ailələrinin və Azərbaycanda, onun hüdudlarından kənarda bu kədərli anları yaşayan hər bir kəsin yanındadır. Əminik ki, həyatını itirənlərin xatirəsi qəlblərdə əbədi yaşayacaqdır”.
***
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev:
“Hörmətli İlham Heydər oğlu.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin mülki təyyarəsinin Aktau şəhəri yaxınlığında faciəvi qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı dərin hüznlə başsağlığımı qəbul edin.
Həlak olanların ailələrinin kədərini bölüşür və onlara dəstəyimi ifadə edir, həmçinin bütün yaralananların tezliklə sağalmalarını arzulayıram”.
23:31 / 20 Noyabr 2026
57
23:23 / 20 Noyabr 2026
84
23:06 / 20 Noyabr 2026
87
22:45 / 20 Noyabr 2026
96
22:35 / 20 Noyabr 2026
94
22:22 / 20 Noyabr 2026
99
22:01 / 20 Noyabr 2026
107
21:52 / 20 Noyabr 2026
95
21:48 / 20 Noyabr 2026
96
21:21 / 20 Noyabr 2026
106
20:50 / 20 Noyabr 2026
141
20:40 / 20 Noyabr 2026
194
20:33 / 20 Noyabr 2026
125
20:25 / 20 Noyabr 2026
277
20:25 / 20 Noyabr 2026
133
20:20 / 20 Noyabr 2026
130
20:18 / 20 Noyabr 2026
122
20:06 / 20 Noyabr 2026
121
20:02 / 20 Noyabr 2026
860
20:01 / 20 Noyabr 2026
124
19:50 / 20 Noyabr 2026
146
19:50 / 20 Noyabr 2026
123
19:46 / 20 Noyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.