Zaur Şükürov: İlham Əliyevin Vyetnam səfəri mühüm siyasi hadisədir
21 Noyabr 2026, 10:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
464
23.12.2024, 14:09
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, Sərəncama əsasən, Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq təcrübəni nəzərə almaqla stansiyanın tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılmasını, məsləhətçi şirkətlərin cəlb edilməsini, Texniki İqtisadi Əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanmasını və layihənin həyata keçirilməsi ilə bağlı yekun təkliflərin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla beş ay müddətində Nazirlər Kabinetinə təqdim olunmasını təmin etməlidir.
Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə tikiləcək yeni istilik elektrik stansiyasının ötürücü şəbəkəyə qoşulması və bundan irəli gələn digər zəruri infrastrukturun təkmilləşdirilməsi üzrə işlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin layihənin həyata keçirilməsi mərhələsinə uyğun olaraq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə (investisiya xərcləri) nəzərə alınmasını təmin etməli, Prezidentin Naxçıvanda səlahiyyətli nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Energetika Nazirliyi, SOCAR, “Azərenerji” ASC və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Naxçıvanın Nazirlər Kabineti Prezidentin Muxtar Respublikada səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla istilik elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsi ilə bağlı təkliflərin SOCAR-a təqdim edilməsini və bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsini bir ay müddətində təmin etmlidir.
“Azərenerji” “Azərişıq” ASC ilə birlikdə stansiyanın Naxçıvanın enerji sisteminə qoşulması, enerji sisteminin tənzimlənməsi və Muxtar Respublikanın daxili tələbatının ödənilməsi üçün zəruri olan elektrik enerjisi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməli, Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
11:00 / 21 Noyabr 2026
5
10:58 / 21 Noyabr 2026
28
10:33 / 21 Noyabr 2026
62
10:28 / 21 Noyabr 2026
74
10:27 / 21 Noyabr 2026
102
10:00 / 21 Noyabr 2026
102
09:42 / 21 Noyabr 2026
112
09:38 / 21 Noyabr 2026
93
09:35 / 21 Noyabr 2026
83
09:33 / 21 Noyabr 2026
97
09:03 / 21 Noyabr 2026
97
00:12 / 21 Noyabr 2026
180
23:31 / 20 Noyabr 2026
178
23:23 / 20 Noyabr 2026
179
23:06 / 20 Noyabr 2026
191
22:45 / 20 Noyabr 2026
176
22:35 / 20 Noyabr 2026
195
22:22 / 20 Noyabr 2026
212
22:01 / 20 Noyabr 2026
197
21:52 / 20 Noyabr 2026
188
21:48 / 20 Noyabr 2026
190
21:21 / 20 Noyabr 2026
193
20:50 / 20 Noyabr 2026
243
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.